Accessibility links

Bakıda «Şəffaflığın artırılması və kapitala çıxışın yaxşılaşdırılması» mövzusunda konfrans keçirilib


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi Maliyyə Sektornunun İnkişafı Vasitəsilə Kiçik və Orta Sahibkarlığa Dəstək layihəsi çərçivəsində Milli Bankla birgə «Şəffaflığın artırılması və kapitala çıxışın yaxşılaşdırılması» mövzusunda reytinq konfrnası keçirib. Konfransda ABŞ səfirliyinin, beynəlxalq bank qurumlarının, Milli Bankın və digər bankların nümayəndələri, ekspertlər iştirak edib. Azərbaycan Milli Bankı idarə heyətinin sədr müavini Rüfət Aslanlı bildirib ki, Azərbaycan inikşaf etmiş iqtisadiyyat və enerji bazarlarının əlavəsi rolunu oynamaq istəmir. Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafının əsas təkanvericisi sərbəst maliyyə resurslarının olmasıdır. Cənab Aslanlı Azərbaycanda neft sektorundan sonra iqtisadi artım tempinə görə bankların ikinci aparıcı istiqamət olduğunu diqqətə çatdırıb. Onun dediyinə görə, son üç ildə bank sisteminin aktivləri dörd dəfə, xarici inevstisyalar isə 3,3 dəfə artıb. Sədr müavini ölkədə bankların reytinq institutlarının yaranmasına böyük ehtiyac duyulduğunu bildirib. Biz reytinq institutlarının yaradılmasının son mərhələsindəyik. ABŞ səfirinin müavini Don Li isə ABŞ Azərbaycanın neft sektorundan başqa sahələrdə də apardığı islahatları dəstəklədiyini deyib. Davamlı inkişaf üçün qeyri-neft sektorunun və şəhərlərdən kənarda kiçik biznesin inkişafı vacibdir. Səfr müavini iqtisadiyyatın kreditləşməsi üçün reytinqin vacibliyini önə çəkib. Cənab Li ABŞ-ın Azərbaycan biznes strukturlarının maliyyə vasitələrinə çıxışını asanlaşdırmaq üçün işlər apardığını deyib. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda 44 bank, 91 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Bankların ikisinin səhmləri dövlətə məxsusdur, 21-i xarici kaptallıdır və onların 5-i bütövlükdə xarici kapitallıdır. Bankların rayonlarda 226, Bakıda isə 208 filialı var.
XS
SM
MD
LG