Accessibility links

Azərbaycanda bələdiyyələrin ümumrespublika toplantısı keçirilib


Azərbaycanın bələdiyyə sədrlərinin ümumrespublika toplantısı keçirilib. Toplantıda ölkənin müxtəlif regionlarını təmsil edən 295 bələdiyyə sədri iştirak edib. Foruma Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Avropa Şurası (AŞ) baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Deni Bribosia ilə yanaşı, nazirlər, hökumət rəsmiləri də qatılıb.

Şəhər Bələdiyyələri Assosiasiyasının sədri, Sumqayıt bələdiyyəsinin rəhbəri Əbülfəz Babayev ölkədə 40 mindən çox bələdiyyə üzvü və qulluqçusunun olduğunu bildirib. Onun sözlərinə görə, bələdiyyələr yarandığı 7 il ərzində artıq özünü təsdiq edib. Cənab Babayev bələdiyyələrin kənd təsərrüfatı üçün yararlı torpaqları satdığını diqqətə çatdırıb.

Çıxış edənlər daşınmaz əmlakın bazar qimyətləri ilə qiymətləndirilməsidən, torpaq vergisi və başqa problemlərdən danışıb. Ədliyyə naziri Fikrət Məmmədov bələdiyyəyə inzibati nəzarətin həyata keçirildiyini və 300 bələdiyyə sədrinin inzibati məsuliyyətə cəlb edildiyini deyib. Nazir bələdiyyələrin özbaşına sərəncamvermə hallarının geniş yayıldığını da diqqətə çatdırıb.

Milli Məclisin regional siyasət daimi komissiyasının sədri Arif Rəhimzadə daha tənqidi danışıb. Dövlət büdcəsindən bələdiyyələrə verilən vəsaitin artırılmasının əleyhinə olan komissiya sədri əmlak və torpaq vergisinin bazar qiymətlərinə uyğunlaşdırılması təşəbbüsü ilə çıxış edib.

AŞ baş katibinin Azərbaycan üzrə nümayəndəsi Deni Bribosa Azərbaycanda yerli demokratiya həftəsi keçirilməsini və ölkənin Avropa Şurasının bu təşəbbüsünə qoşulmasını vacib sayır: «AŞ-nin Yerli və Regional İdarəetmə Konqresi Azərbaycanın bələdiyyələr assosyasiyaları ilə gerçək əlaqələr qurmaq istəyindədir.

Tədbirdə çıxış edən məmurlar da bələdiyyələrlə bağlı bir sıra ciddi problemlərdən danışıb. Bu problemlər sırasında ən ciddisi kimi Bakı şəhərində, Abşeron yarımadasında sənaye, kənd təsərrüfatı üçün yararlı torpaqların qanunsuz olaraq əhaliyə satılması qeyd olunub.

Prezidentin icra apparatının rəhbəri Ramiz Mehdiyev toplantını bələdiyyələrin həyatında mühüm hadisə kimi qiymətləndirib. O, bələdiyələrin müsbət təcrübələrini və problemlərini diqqətə çatdırıb. Cənab Mehdiyev həmçinin bələdiyyə qulluqçularının təkmilləşdirilməsi, bələdiyyə kadrlarının hazırlanması və problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirildiyini bildirib.

XS
SM
MD
LG