Accessibility links

Azərbaycandakı səfirliklər Bakıda Neft Akademiyasında baş verən faciədə ölənlərin ailələrinə baş sağlığı verib


Amerika səfirliyi Bakıda Neft Akademiyasında baş verən faciə ilə bağlı bəyanat yayıb.
Sənəddə deyilir ki, Bakıda və dünyanın digər yerlərində yaşayan amerikalılar bu gün Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciə ilə əlaqədar Azərbaycan xalqının dərdini bölüşür və onların yanında olduğunu bildirir. Biz baş verən faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananlara allahdan şəfa diləyirik.
Bu gün Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi də hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Çox böyük həyacan hissi ilə bu səhər Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş, azı 13 nəfərin ölümü və bir çoxlarının yaralanması ilə nəticələnən silahlı hücum barəsində məlumat aldıq. Bu zorakılıq hərəkətini qəti şəkildə pisləyirik.Fransa bu faciə ilə əlaqədar olaraq Azərbaycan xalqına və rəsmilərinə başsağlığı verir və bu faciənin toxunduğu ailələrin kədərini bölüşür”.


XS
SM
MD
LG