Accessibility links

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda mətbuat azadlığında ciddi problemlər olduğunu bildirir


Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi 2005-ci ildə dünya mətbuatında təqiblərlə bağlı illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycanda mətbuat azadlığı sahəsində ciddi problemlərin olduğu bildirilir. Sənəddə deyilir ki, tanınmış jurnalistin öldürülməsi, başqa jurnalistlərin həbsi, hüquq-mühafizə orqanları əməkdaşlarının özbaşınalığı və bürokratik əngəllər ötən il keçirilən parlament seçkiləri ərəfəsində müstəqil jurnalist yazılarının sayını azaldıb. Təşkilat hesab edir ki, hakimiyyətin təsiri ilə özəl şirkətlər iqtidarı dəstəkləməyən mətbuat orqanlarına reklam vermir. «Əsasən "Qaya" müstəqil qəzet yayımı firmasına təzyiqlər edilib, səyyar yayıcılar təqiblərə məruz qalıb, müxalifət qəzetlərinin nüsxələri müsadirə olunub. Ədliyyə Nazirliyi müstəqil teleradio şirkəti olan - Üeni TV və Radio-ya lisenziya verməyib. Belə ki, bu kanal seçkiqabağı kampaniya zamanı dövlətin nəzarətində olan AZTV şirkətini üstələyə bilərdi». Azərbaycanda hesabata münasibət necədir. Rəsmi hakimiyyət faktların realığı əks etdirmədiyni desə də, jurnalistlər müdafiə mövqeyindən çıxış edir. İlk öncə, Milli Məclisin İnsan Hüquqları daimi komissiyasının sədri, YAP Siyasi Şurasının üzvü Rəbiyyət Aslanovanı dinləyək. «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev Amerikanın səsi radiosuna bildirib ki, ötən il media sahəsində böhran davam edib. Onun sözlərinə görə, son beş ildə çap mətbuatının tirajı iki dəfədən çox azalıb.Cənab Əliyev həmçinin reklam bazarının ciddi siyasi təziyq altında olduğunu bildirib. Sənəddə deyilir ki, Azərbaycanda jurnalistlər siyastçilərin ünvanına tənqidi fikirlər söylədiklərinə görə dəfələrlə məsuliyyətə cəlb edilib. 2005-ci ildə "Yeni Müsavat" qəzeti bir neçə dövlət xadiminin iddiası ilə 160.000 dollar cərimələnir. Bundan başqa məhkəmə qəzetin aktivlərini və bank hesabını dondurub. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu Amerikanın səsi radiosuna hesabatda yazılanların doğruluğunu təsdiqləyib, Onun fikircə, hazırda vəziyyət dəyişməz olaraq qalır. Beynəlxalq Jurnalistləri Müdaifə Komitəsinin fikrincə, "Monitor" əf reportajları və şərhlərilə məmurları həmişə qıcıqlandırıb. Jurnalının baş redatoru Elmar Hüseynov ötən il martın 2-də öz evinin kandarında öldürüldükdən sonra qorxu və özünüsenzura güclənib. Jurnalist peşə fəaliyyətilə əlaqədar dəfələrlə hədə-qorxulara məruz qalıb, həyatı təhlükədə olub. Bəs indii vəziyyət necədir. Elmar Hüseynovun qətlinin sifarişçiləri müəyyənləşdirlibmi. Jurnalistni həyat yoldaşı Ruşaniyə Hüseynova qətlin açılacağına inanmadığını bildirir. Hesabatda deyilir ki, AZTV-1 və bir qrup iqtidaryönümlü televiziyalar vətəndaşların əksəriyyəti üçün əsas informasiya mənbəyi olmaq üstünlüyünü saxlayıb. Hökumət Avropa Şurasına AZTV-n dövlət tərəfindən maliyyələşən müstəqil yayım xidmətinə çevrilməsilə bağlı verdiyi vədləri yerinə yetirməyib. Təşkilat bildirir ki, ötən il oktyabrın ortalarında Azərbaycan hökuməti xarici mətbuat orqanlarının peyk vasitəsilə yayım aparan aparatlarını ölkədən çıxarıb. Azərbaycan Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə Amerikanın səsi radiosuna deyib ki, xarici mətbuat orqanlarının yayım vasitələri ölkədən çıxarılsa da onlar yerli televiziyalar vasitəsilə canlı yayım aparıb. Gənab Məhərrəmli televiziyalara tezliklər verilməsinin bu ilin birinci yarısında başa çatdırılacağını bildirib. Mətbuat Şurasının üzvü Zeynal Məmmədli hesabatı müdafiə edir. Onun fikrincə, elektron mətbuatda plüralizmi təmin edilməyib və KİV-nin maliyyə əsasları şəffaf deyil. Beynəlxalq Jurnalistləri Müdaifə Komitəsi zorakılığa məruz qalmış jurnalistlərdən də bəhs edir. Onlardan biri "Zerkalo" qəzetinin müxbiri İdrak Abbasovdur. Cənab Abbasov ona qarşı fiziki zorakılıq göstərənlərin hələ də cəzalandırılmadığını deyir. Təşkilat bölgələrdə, xüsusilə də Naxçıvanda jurnalistlərin hakimiyyətin təqiblərinə məruz qaldığını, və qorxuduldüuğunu da bildirir. Hesabatda deyilir ki, Turan İnformasiya Agentliyinin və "Azadlıq" radiosunun müxbiri Məlahət Nəsibova Naxçıvan rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalıb. «Belə ki, hakimiyyət onun muxtar respublikada narkomaniya və başqa mövzularla bağlı yazılarından narazı qalıb».
XS
SM
MD
LG