Accessibility links

Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə beynəlxalq konfransı açılıb


Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA-Internatiomal Association for Educational Assessment) "Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı" mövzusunda 33-cü beynəlxalq konfransı açılıb. Beş gün davam edəcək konfransda dünyanın 40 ölkəsindən 200-dək nümayəndə iştirak edir. Assosiasiyanın prezidenti, ABŞ Təhsil Test xidmətinin təmsilçisi Sidel Karlton konfransın 5000 illik tarixi ənənələrə malik, dünyanın qabaqcıl şəhərlərindən olan Bakıda keçirilməsini mühüm hadisə adlandırıb. "Azərbaycanda demokratik dəyərlər humanizim prinsiplərinə əsaslanır. Azərbaycan keçmiş SSRİ məkanında ilk dəfə biliyin qiymətləndirilməsində test üsulundan istifadə edib. Məhz bu səbəbdən də Azərbaycan MDB məkanında Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq konfransın keçirildiyi birinci ölkədir". Onun sözlərinə görə, test sisteminin tətbiqi ölkədə biliyini qiymətləndirilməsini müasir dəyərlər sistemi səviyyəsinə qaldırıb. "Azərbaycanın bütün vətandaşları təhsil sisteminə bərabər çıxış əldə edib. Qiymətləndirmə ölkə üzrə vahid qaydada aparılır və bu səbəbdən də məzmunu kifayət qədər üstündür". Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə isə konfransın Bakıda keçirilməsini Azərbaycanda biliyin qiymətləndirilməsi ilə bağlı arzuların reallığa çevrilməsinin göstəricisi kimi dəyərləndirib. Konfransın gündəliyinə milli qiymətləndirmə sistemiləri, ali və diplomdan sonrakı təhsilə qəbul üçün seçimin aparılması, dövlət qulluğuna qəbulda qiymətləndirmə, təhsil və qiymətləndirmə sistemlərində korrupsiya, qiymətləndirmənin alternativ üsulları, çoxmədəniyyətli cəmiyyətdə qiymətləndirmə və başqa məsələlər daxildir. Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın əsası 1974-cü ildə ABŞ-ın Nyu-Cersi şəhərində qoyulub. Qurum testlərin tədqiqatı, qiymətləndirmənin təkmilləşdirilməsi üçün tədqiqatlar aparır.
XS
SM
MD
LG