Accessibility links

BMT-nin fikir və söz azadlığı üzrə məruzəçisi Azərbaycanda mətbuat azadlığının vəziyyətindən narahatdır


BMT-nin fikir və söz azadlığı üzrə xüsusi məruzəçisi Ambei Liqabo Azərbaycanda mətbuat azadlığının vəziyyətindən narahat olduğunu ifadə edib. Cənab Liqabo bildirir ki, hakimiyyətin və dövlət institutlarının KİV və beynəlxalş təşkilatların nümayəndələri ilə daha açıq dialoq aparmaq istəyi ifadə etdiyi vaxtda bu sahədə atmosfer çoxsaylı problemlərlə xarakterizə edilir. «Belə ki, diffamasiya sahəsində qanunvericilik bu hadisənin kriminallaşmaması haqqında tendensiyalara uyğun gəlmir, hakimlər isə KİV nümayəndələrinə qərar çıxararkən hədsiz sərtlik göstərirlər». Bu ilin aprelində Bakıya səfəri zamanı cənab Liqabo prezident İlham Əliyevlə, həmçinin mətbuat, vətəndaş cəmiyyəti nümayəndələri, xarici diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb. Məruzəçi qeyd edir ki, jurnalistlər hərdən, hüquq mühafizə orqanları tərəfindən hücumlar da daxil olmaqla, represiyaların qurbanı olurlar. «Onların həmçinin söz və məlumat azadlığının daha tam şəkildə reallaşa biləcəyi daha əlverişli iqtisadi şəraitin yaradılmasına ehtiyacı var». Cənab Liqabo həmçinin qeyd edib ki, onun rəsmi şəxslərlə görüşləri bu sahədə milli siyasətə yenidən baxılmasına, həmçinin "jurnalistlər arasında hərtərəfli qorxu hissi və özünüsenzura yaratmış" bir sıra məhkəmə qərarlarının dəyişdirilməsinə imkan verəcək. Ambei Liqabonun nəticəsi BMT-nin İnsan Haqları üzrə Şurasına göndəriləcək.

XS
SM
MD
LG