Accessibility links

Azərbaycan BMT-nin İnsan Haqları Şurasına üzv seçilib


Azərbaycan BMT-nin İnsan Haqları Şurasına üç illik üzv qəbul edilib Dünən BMT-nin Baş Assambleyasının toplantısında keçirilən gizli səsvermədə Azərbaycan 103 səs qazanıb. Şuraya üç illik qəbul olunan dövlətlər arasında Azərbaycanla bərabər, Banqladeş, Çin, Malayziya, Səudiyyə Ərəbistanı, Rusiya, Kuba, Meksika, Kanada, Almaniya və İsveçrə də var. BMT Baş Katibi Kofi Annan yeni strukturun BMT insan haqları üzrə Komissiyasını əvəz edəcəyini söyləyib. "Şuranın üzvü olan ölkələr öz evlərində və digər ölkələrdə insan haqlarına sədaqətlərini nümayiş etdirmək imkanı ələdə edəcəklər" - deyə baş katib qeyd edib. Azərbaycanın hüquq müdafiəçiləri ölkənin BMT-nin İnsan Haqları Şurasına qəbul edilməsini müsbət qarşılayır. Onlar hesab edir ki, bu ölkədə insan haqlarının inkişafına təkan verəcək. Hüquq müdafiəçisi Rəna Sadəddinova Azərbaycanda insan haqları ilə bağlı çoxsaylı problemlərin həllini gözlədiyini deyir.
XS
SM
MD
LG