Accessibility links

Ümumdünya Su Ehtiyatları günü qeyd olunur 


Bu gün Ümumdünya Su Ehtiyatları Günü qeyd edilir.Bu münastbətlə BMT Baş katibi müraciət qəbul edib. Sənəddə deyilir ki, hazırda dünyada “Su çatışmazlığı probleminin həll olunması” məsələsinə xüsusi diqqət yetirilir. «Su çatışmazlığı fiziki, iqtisadi və ya təşkilati səbəblərdən zaman və məkana görə dəyişə bilər. Bu gün 43 ölkədə təxminən 700 milyon insan su çatışmazlığından əziyyət çəkir və 2025-ci ilə kimi bu göstərici 3 milyarda qədər yüksələ bilər». Baş katib hesab edir ki, dünyada su ilə bağlı vəziyyət qeyri-stabil olaraq qalır və su ehtiyatlarının idarə edilməsində inteqrasiya olunmuş və davamlı yanaşmaya həmişə olduğu kimi ciddi ehtiyac duyulur. Əhalinin yüksək artım templəri, istehlakın qeyri-stabil paylanması, qeyri-effektiv idarəetmə, ətraf mühitin çirkləndirilməsi, infrastruktura uyğun investisiyanın qoyulmaması və suyun qeyri-səmərəli istifadəsi nəticəsində mövcud ehtiyatlar sürətlə tükənmək üzrədir». Müraciətdə deyilir ki, Minilliyin İnkişaf Məqsədləri təhlükəsiz içməli su ehtiyatları və müvafiq sanitariya şəraitindən istifadə imkanlarının vacibliyinə sağlam və məhsuldar həyat tərzi sürən insanları yoxsulluqda yaşayan və həyat üçün qorxulu müxtəlif xəstəliklərə ən çox yoluxan insanlardan ayıran şübhəsiz səbəb kimi diqqət yetirilməsinə nail olmuşdur. Su və sanitariya üzrə qlobal plana uyğun müsbət nəticələrin əldə edilməsi yoxsulluğun aradan qaldırılması və digər inkişaf məqsədlərinə nail olmaqda həlledici rol oynayır.»İrəli getmək üçün yolumuz məlumdur: təşkilati potensial və idarəetmənin bütün səviyyələrdə möhkəmləndirilməsi, texnologiya mübadiləsini daha da genişləndirmək, daha çox maliyyə ehtiyatları səfərbər etmək, müsbət praktika və qabaqcıl təcrübə ilə bölüşmək. Ümumdünya Su Ehtiyatları Günündə mən Birləşmiş Millətlər Təşkilatı sistemini və bütün maraqlı tərəfləri təkcə bu il deyil, bütün 2005-2015 “Həyat üçün su” onilliyi ərzində daha möhkəm əməkdaşlıq əlaqələri qurmağa və daha mütəşəkkil addımlar atmağa çağırıram».
XS
SM
MD
LG