Accessibility links

Neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsir edir


Milli Məclisin deputatı Vahid Əhmədov beynəlxalq maliyyə böhranının Azərbaycanın daxili bazarına təsir etmədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq qiymətli kağızlar bazarında iştirak etmir.

Deputat bununla yanaşı, neftin qiymətinin ucuzlaşmasının yerli investisiyalara və büdcəyə təsir edəcəyini düşünür. Çünki büdcənin 65 faizə qədəri neft amilindən asılıdır. Dünya bazarında neftin qiyməti 62-65 dollaradək ucuzlaşsa da, büdcə proqnozlarında neftin qiyməti 80 dollar götürülüb.

XS
SM
MD
LG