Accessibility links

Postsovet ölkələrində qanunun aliliyi problemi var


"Son on ildə səfər etdiyim postsovet ölkələrində, o cümlədən Azərbaycan məhkəmələrində eyni problemlərin olması təsəvvüründəyəm. Bu ölkələrdə cavabını gözləyən əsas sual "qanunun aliliyi nədir?" problemidir". Bu barədə Azərbaycan prezidentinin dəvətilə Bakıda səfərdə olan ABŞ Apellyasiya məhkəməsinin hakimi Broks Smit bildirib. Onun fikrincə, qanunun aliliyi qanunun yaxşı idarə edilməsidir. "Qanunun aliliyi siyasi təzyiqə məruz qalırsa, o, ali sayıla bilməz. Qanunun aliliyi onun ədalətli icra olunmasıdır. Şübhəsiz ki, qanunun aliliyi və maliyyənin artırılması məhkəmə sistemində korrupsiyanın azaldılması üçün bir vasitə olardı". Cənab Smit hesab edir ki, demokratik cəmiyyətdə siyasətin yaradılmasında bütün qüvvələr iştirak etməlidir. "ABŞ Konqresində qanun yaradıcılığı çox aydın və şəffaf bir prosesdir. Demokratiya həm də plüralizmə can atmaqdır. Təkcə yuxarılar qərar verməli deyil, hamı stol Hakim siyasi iradə və demokratiya ilə bağlı sualın cavabında "siyasi iradə"nin demokratiyanını tərkib hissəsi olduğunu deyib. "Əgər siyasilər seçici səsi uğrunda mübarizə aparırsa, bu halda siyasi iradə demokratiyanın inkişafına kömək edə bilər". O, Azərbaycanın ədliyyə sistemindən danışarkən problemlərin həlli üçün bu sahəyə ayrılan büdcənin artırılmasını və yetərli qədər hakimin olmasını önə çəkib. "Hakimlərin seçilməsi üçün sınaq testlər keçirilib. Artıq sınaqdan keçmiş hakimlər var" - deyə o qeyd edib.
XS
SM
MD
LG