Accessibility links

BP-Azərbaycan şirkəti işlərinin uğurlu olduğunu bildirir


BP- Azərbaycan şirkətinin rəhbərliyi 2007-ci ilin birinci yarısının nəticələrinə həsr olunmuş brifinq keçirib. Tədbirdə şirkətin hasilat, qazma, ixrac əməliyyatları, tikinti işləri, Şahdəniz qaz yatağında, Azəri-Çıraq-Günəşli neft yatağında görülən işlər, Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz qaz boru kəmərləri barədə məlumat verilib.

BP-Azərbaycan şirkətinin prezidenti Bill Şreyder bildirib ki, ilin birinci yarısı uğurlu olub. Onun sözlərinə görə, bu dövrdə hər hansı texniki qəza qeydə alınmayıb, əməyin təhlükəsizilyi ilə bağlı problem olmayıb. «Nəzərdə tutulan bütün işlər həyata keçirilib. İlin birinci yarısıda Azəri-Çıraq-Günəşli yataqlarında əməliyyat xərcləri üçün 180 milyon dollar, əsaslı xərclər üçün isə 1 milyard 337 milyon dollar xərclənib. İl ərzində isə əməliyyat xərcləri üzrə 396 milyon dollar, əsaslı xərclər üzrə 2 milyard 569 milyon dollar vəsait xərclənməsi gözlənilir. Altı ayda Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri və Şərqi Azəri platformalarından ümumilikdə 124 milyon barel, yəni sutkada orta hesabla 682.000 barel neft hasil edilir. Hazırda gündəlik hasilat həcmi 730.000 bareldir». Onun sözlərinə görə, iyulun 9-da Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Ceyhan limanına çatdırılmış neftlə doldurulmuş sayca 200-cü tanker yola salınıb. «Həmçinin iyul ayında BTC-nin rekord ötürücülük gücü, yəni sutkada 905.000 barel həcmində neftin nəql edilməsinə nail olunub. İyul ayında bu boru kəmərinin gündəlik orta ötürücülük gücü sutkada təxminən 700.000 barel neft olub və biz 2008-ci ilin sonunda boru kəməri ilə gündə bir milyon barel yəni ildə 50 milyon ton neftin ötürülməsi ninəzərdə tuturuq».

BP-Azərbaycan şirkətinin rəhbəri bildirib ki, Şahdəniz layihəsi çərçivəsində hasil edilən qaz mart ayından Azərbaycan və Gürcüstandakı qaz qəbuletmə məntəqələrinə nəql olunur. «İyul ayından isə Şahdəniz qazı Türkiyəyə nəql olunur. Şahdəniz yatağından gündə 14.2 milyon kub metr qaz, 30.000 bareldən artıq kondensat hasil olunur. 2007-ci ildə yataqdan bütövlükdə 2,8 mlrd. kubmetr qaz və 0,8 mln. ton kondensat hasil edilməsi nəzərdə tutulur».

Hazırda BP-Azərbaycan şirkətinin birbaşa işçilərinin sayı 1.923 nəfərdir, tikinti işlərində isə 4.700 nəfər çalışır. «İşçilərin 70 fazi Azərbaycan vətandaşlarıdır. Şirkətin ilin birinci yarısında Azərbycandakı yerli biznes təşkilatları ilə gördüyü işlərin həcmi 703 milyon dollar olub, ölkə üzrə sosial səraməyər isə ilə ərzində 10 milyon 800 min dollar təşkil edəcək ». Öz növbəsində, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının əlaqələndiricisi Qubad İbadoğlu hesab edir ki, BP şirkətinin fəaliyyəti tam şəffaf deyil. Onun sözlərinə görə, məhz BP-nin fəaliyyətini nizamlayan Sazişlərdə bir sıra məlumatların məxfiliyi təsbit olunub. Ekspert BP şirkətinin Azərbaycanın neft sənayesinin modernləşdirilməsi və əmək tutumlu sahələrin kapital tutumlu sahələrlə əvəz edilməsində mühüm rolunu qeyd edir.

XS
SM
MD
LG