Accessibility links

Corc Buş Azərbaycan prezidentini Ramazan bayramı münasibətilə təbrik edib


ABŞ prezidenti Corc Buş Azərbaycan prezidenti İlham Əliyevə müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik göndərib. Cənab Buş ümid edir ki, Ramazan ayı zamanı müsəlmanların bütün dünyada bayram etdiyi dəyərlər – xeyriyyəçilik, qurbankəsmə və mərhəmətlik – azadlıq, dözümlülük və bütün xalqlar arasında sülhə nail olmaq məqsədilə yeni səylərə yol göstərəcək. »Qoy gələn il Sizin üçün və Azərbaycan xalqı üçün çiçəklənmə və cansağlığı ili olsun»-deyə prezident qeyd edir.
XS
SM
MD
LG