Accessibility links

İranda azərbaycan dili diskriminasiyaya məruz qalır


Edinburq universitetinin doktoru Qulamrza Təbrizi İranda azərbaycanlıların hüquqlarının rejim tərəfindən pozulduğunu bildirib. Onun sözlərinə görə, ölkədə azərbaycan və başqa dillərdə təhsil yoxdur:

«İran əhalisinin yarıdan çoxunu azərbaycanlılar təşkil etməsinə baxmayaraq ana dilində belə məktəbləri yoxdur. Ölkədə milli və mədəni hüquqları uğrunda mübarizə aparıan insanlar dəhşətli işgəncələrlə üzləşir».

Cənab Təbrizi ötən ilin iyununda öz mədəni və dil hüquqları uğrunda mübarizəyə qoşulan Abbas Lisaninin həbsdən azad edilməsini tələb edir.

XS
SM
MD
LG