ABŞ-ın Pa Consulting Group şirkəti Azərbaycanda keçirəcəyi exit-polun nəticələrinin şərhi və məruzə olunması ilə bağlı təlim seminarı keçirib. Şirkətin təmsilçisi Robert Baumqartner bildirib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentilyinin dəstəyilə keçirilən exit-polun əsas məqsədi səslərin müstəqil və obyektiv qiymətləndirilməsidir. «ABŞ hökuməti heç bir namizədə və ya tərəfə üstünlük vermir. Eyni zamanda, biz seçkilərin nəticələrini şərh etmirik və siyasi analiz aparmırıq. Seçki dairəsində hər hansı lider haqqında proqnoz vermirik və onları elan etmirik. Pa Consulting Group şirkəti yalnız səslərin sayını qiymətlənldirəcək və elmi şəkildə məruzə edəcək. Maraqlı olan şəxslər ekit-polun obyektivliyini, planlaşdırılmasını və həyata keçirilməsini yoxlaya bilər ».
Cənab Baumqartnerin sözlərinə görə, PA şirkəti Azərbaycanda parlament sekiləri keçiriləcək 125 dairədən 65-də exit-pol keçirəcək. «ABŞ səfirliyi və Beynəlxalq inkişaf agentliyi qərəra gəldi ki, dairələr təsadüfü üsulla seçilsin. Hər seçki dairəsinin 15 məntəqəsində seçicilərin rəyi öyrəniləcək və seçiciləri interval nəzərə alınmaqla komputer seçəcək. Heç kim öz təçşəbbüsü ilə sorğuda iştirak edə bilməz. Exit-pol tam anonimlik əsasında keçiriləcək və sorğu anketinə yalnız seçcinin yaşı, cinsi və hansı namizədə səs verdiyi ilə bağlı sual daxil edilib».
O exit-polun ilkin nəticələrinin noyabrın 6-da axşam, son nəticələrinin isə noyabrın 7-də elan ediləcəyini bildirib.
Azərbaycanda isə seçkilərdə iştirak edən seçki blokları exit-polla bağlı müxtəlif fikirdədir. Bir çox seçki blokları Pa Consulting Group şirkətinin sorğularına inansa da iqtidarda olan YAP təmislçisi bundan yayınır.
«Azadlıq» seçki blokunun nümayəndəsi AXCP sədrinin müavini Fuad Mustafayev Amerikanın səsi radiosuna bildirib ki, Pa şirkətinə insanlar da onun Azərbaycandan və Gürcüstandan olan tərəfdaşlarına etimad bəsləmirlər.
«Yeni Siyasət» seçki blokunun təmsilçisi Eldar Namazov PA şirkətinin keçirəcəyi sorğunun nəticələrinin realığı obyektiv əks etdirəcəyinə əmindir. Onun fikrincə, bu şirkətin fəaliyyəti və maliyyə dəstəyi şəffafdır.
İqtidarda olan YAP icra katibinin müavini Mübariz Qurbanlı daha çox xalqın etimadına inanır. Eyni zamanda, o ölkədə exit-poll keçirəcək şirkətlərin sorğualrının reallığı əks etdirəcəyinə də ümid edir.
Siyasətçilər və mütəxəsislər exit-poldan gen-bol danışmasına baxmayarq seçicitlərin əksəriyyətinin bu barədə demək olar ki, təsəvvürü belə yoxdur. Onların bəzisi exit-polu interpolla belə qarışıq salır. Seçkilərə isə cəmi bir həftə qalır. Hər halda Bakının mərkəzi küçlərində «exit-pol nədir» sualıma cavab verənləri dinləyək.