Accessibility links

Tükdilli Parlamentlərin daimi katibliyi yaradılıb


Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçirilən birinci plenar iclası başa çatıb. Plenar iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri iştirak edib. Özbəkistan və Türkmənistan Assambleyanın işində qatılmayıb.
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib ki, Parlament Assambleyası türkdilli dövlətlər arasında yaranan ikinci böyük təşkilatdır və türk xalqları arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq.
Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin Özbəkistan və Türkmənistanın da gələcəkdə assambleyaya qoşulacağına ümid edir.
Cənab Şahin xatırladıb ki, oktyabrın 2-3-də Naxçıvanda türkdilli dövlət başçılarının sammiti keçiriləcək. “Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması digər birgə qurumların yaradılması üçün təkan olacaq. İndi biz tarixi addım atırıq”, - deyə o qeyd edib.
Plenar iclasda Türkdilli Ölkələrin Parlament Assambleyasının Nizamnaməsi, katibliyinin Əsasnaməsi qəbul olunub, büdcəsi müəyyənləşib, qurumun baş katibi və müavinləri seçilib, yekun sənədi - Bakı Bəyannaməsi qəbul olunub. Assambleyanın katibliyinin baş katibi Azərbaycandan Ramil Həsənli seçilib.
Assambleyanın ikinci plenar iclası 2010-cu ilin oktyabrında Astanada keçiriləcək.


XS
SM
MD
LG