Accessibility links

Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlər sürətlə artır


Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov daşınmaz əmlak bazarında son qiymət artımından sonra bu ilin martından başlayaraq stabillik yarandığını bildirib. Onun sözlərinə görə, Bakı şəhərində torpaq əmlakının qiymətləri sürətlə artmaqdadır. Ekspertin fikrincə, Bakıda bir kvadratmetr mənzilin ilkin qiyməti orta hesabla min ABŞ dollarına yaxındır. Torpağın bir sotunun qiyməti isə şəhərin mərkəz rayonlarında 300-350 min, kənarlarda isə 15 min dollara çatıb. Eyni zamanda, daşınmaz əmlak bazarında qiymətlərin artım tempi yüksək olaraq qalır.
XS
SM
MD
LG