Accessibility links

Azərbaycanda insan hüquqları və demokratik azadlıqlar barədə diskusiya 


"Sülh və Demokratiya" institutu və ABŞ Milli Demokratiya Fondunun təşəbbüsü ilə "Azərbaycanda insan hüquqları və demokratik azadlıqlar" mövzusunda üçgünlük konfrans açılıb. Konfransda Azərbaycandan, Özbəkistandan, Türkmənistandan, Fillipindən, Çeçenistandan, ABŞ-dan olan hüquq müdafiəçiləri, ekspertlər, beynəlxadq təşkilatların nümayəndələri və Azərbaycandakı bir sıra diplomatik nümayəndəliklərin təmsilçiləri iştirk edir. "Sülh və Demokratiya" institutunun direktoru Leyla Yunus ölkədə insan hüquqlarının vəziyyətinin ilbəil pisləşdiyini bildirib. O ilk öncə, Azərbaycan və Özbəkistanda insan hüquqlarının vəziyyətini əks etdirən kitabdan danışıb. «Sülh və Demokratiya» institutu «Azərbaycanda və Özbəkistanda insan hüquqları və demokratik azadlıqlar» kitabını Özbəkistanın İnsan Huquqları və Qanunçuluğa Riayət Edilməsi Bürosu ilə birgə hazırlayıb. Hesab edirəm ki, rəsmi Vaşinqton, Avropa Birliyi Azərbaycanda faktiki avtoritar diktator rejimi müdaifə etdiyinə görə künahlandırılmalıdır. Çünki artıq Azərbaycanda Özbəkistanlaşma gedir. Hər iki ölkədə insanlar işgəncələrə məruz qalır, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı məhdudlaşdırılmaqda davam edir". Çıxışlarda da sərbəst toplaşmaq azadlığı, işgəncələr, mətbuat azadlığı, ədalətli məhkəmə araşdırılması hüquqlarının pozulma hallarından danışılıb. Ekspertlər sərbəst toplaşmaq azadlığı haqqında qanuna dəyişiklik edilməsi, baş verən hər bir qanunsuzluqla bağlı məhkəmələrə müraciət edilməsi, vətəndaş cəmiyyətinin hüquqi biliklərinin genişləndirilməsi yolu ilə qanunsuzluqlara qarşı hüquqi müstəvidə müqavimətin gücləndirilməsi məsələlərinin vacibliyini önə çəkib. Hüquqşünas Ənnağı Hacıbəyli bildirib ki, ölkədə sərbəst toplaşmaq azadlığı sahəsində qanunvericiliklə reallıq arasında ciddi fərq var. İcra strukturları faktiki olaraq qanuna əməl etmir. Ekspert eyni zamanda «Sərbəst Toplaşmaq Azadlığı haqqında» qanunun yenidən işlənməsinə də ciddi ehtiyac duyulduğunu deyib. Cənab Hacıbəyli hesab edir ki, qanunda göstərilən sərbəst toplaşmaq üçün xəbərdarlıq anlayışı icazə anlayışı ilə əvəz olunub. Tərəflərin hüquq qarşısında bərabərliyi prinsipi də sənəddə əkisni tapmayıb. Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı müəsələrdə rəhbərliyin icazəsi olmadan əməkçilərin toplaşaraq həmkarlar təşkilatları yaratmasına imkan verilmədyini deyib. Onun sözlərinə görə, Avropa Konvensiyasının 11-ci maddəsində insanların sərbəst toplaşaraq həmkarlar ittifaqları yaratmaq hüququ təsbit olunub. Hüquq müdafiəçiləri və ekspertlər hər bir qanun pozuntusu ilə bağlı Azərbaycan məhkəmələrinə müraciət etməyi vacib bilir. Onların fikrincə, Azərbaycanda ədalətli məhkəmə baxışı keçirilməyəndə isə Avropa insan haqları məhkəməsinə müraciət edilməlidir. Vəkil İsaxan Aşurov Avropa məhkəməsinin qərarlarının dərcinin belə mühüm nəticələrə səbəb olduğunu diqqətə çatldırıb. Müzakirələrdə ölkədə işgəncə faktlarının olmasına baxmayaraq, indiyədək hər hansı vəzifəli şəxsin məsuliyyətə cəlb edilmədiyi vurğulanıb. İşgəncələrə Qarşı Mübarizə Komitəsinin sədri Elçin Behbudovun sözlərinə görə, hətta hüquq-mühafizə orqanlarının bəzi mühüm vəzifəli şəxsləri insanları işgəncəyə məruz qoyandan sonra irəli çəkilib. Öz növbəsində, Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova «Amerikanın səsi» radiosuna deyilənləri təkzib edib. «Azərbaycanda söz və mətbuat azadlığı tam təmin edilib. Ədalətli məhkəmə araşdırması sahəsində islahatlar davam etdirilir və sabah yeni hakimlər Milli Məclis tərəfindən təyin ediləcək. Sərbəst toplaşmaq azadlığından isə heç kim başqalarının hüquqlarını pozmaq məqsədilə istifadə edə bilməz». Yeri gəlmişkən onu da qeyd edim ki, Özbəkistan, Türkmənitsan və digər avtoritar ölkələrdən olan hüquq müdafiəçiləri də ölkələrindəki ciddi qanun pozuntularından danışıb və demokratik dünyanı insanların hüquqlarının qorunmasında onlara kömək etməyə çağırıb. Lakin onların özlərinin həyatına ölkələrində təhlükə olduğundan bu insanların fikirlərinə istinad etmədim.
XS
SM
MD
LG