Accessibility links

Azərbaycan Xəzərdə genişmiqyaslı təlim keçirib


Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Xəzər dənizində keçirdiyi genişmiqyaslı dəniz təlimləri başa çatıb. Dəniz təlimlərinə DSX-nin gəmiləri, katerləri, xüsusi təyinatlıları, vertolyotları cəlb olunub.
Dövlət Sərhəd Xidmətindən məlumatına görə, üç gün davam edən təlimlərin məqsədi Xəzər dənizində Azərbaycanın maraqlarının qorunması, hərbi qüvvələrin döyüş hazırlığının yoxlanılması, terror-təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi üzrə tədbirlərdə şəxsi heyətin təcrübəsinin artırılması, dənizdəki neft-qaz infrastrukturunun mühafizəsidir.
Təlim zamanı, həmçinin sahil mühafizəsinin bazasında zirehli texnikaya baxış keçirilib.

XS
SM
MD
LG