Accessibility links

Azərbaycan neft konsorsiumunun çıxaracağı neftdən 2,9 milyard dollar mənfəət götürəcək  


BP-Azərbaycan şirkətinin prezidenti Deyvid Vudvord 2006-cı ilin ikinci rübünün yekunları ilə bağlı brifinq keçirib. Cənab Vudvord bu ilin altı ayı ərzində Azəri-Günəşli-Çıraq platformaları üzrə 2006-cı ildə əməliyyat xərcləri üçün planlaşdırılan 227 milyon dolların 118 milyonunun, əsaslı xərclər üçün planlaşdırılan 2 milyard 522 milyon dolların isə 1 milyard 180 milyonunun xərcləndiyini bildirib. Onun sözlərinə görə, il ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri üzrə əsaslı xərclər 832 milyon dollar və «Şahdəniz» qaz yatağı layihəsi üzrə 865 milyon dollara çatacaq. «Bu ilin ilk yarasında Çıraq, Mərkəzi Azəri və Qərbi Azəri platformalarından orta hesabla gündə 411.000 barel neft hasil edilib. İl ərzində gündəlik orta hasilat 448.000 barel proqnozlaşdırılır. İlin sonunadək hər üç platformadan yarım milyon bareldən çox neft hasil ediləcək. Ümumilikdə isə Azərbaycan 2006-cı ildə 30 milyon ton neft hasil edəcək ki, bu da son yüz ildə rekord səviyyədir». «Şahdəniz» qaz layihəsindən danışan BP-Azərbaycanın prezidenti bildirib ki, işlər qrafikə uyğun irəlilyir. Onun dediyinə görə, Şahdəniz qazını Türkiyə bazarına çatdıracaq Bakı-Tbilsi-Ərzurum qaz kəmərinin tikintisi tamamlanıb. «Dəniz obyektləri ilk qazın bu il sentybarın 30-dək bazara çatlırılması qrafikinə əməl etmək üçün kəməri hissə-hissə sınaqdan keçirərək istismara verir. May aıyndan başlayaraq Cənubi Qafqaz boru kəmərinin qazla doldurulmasına başlanıb və artıq qaz Tbilisyə çatıb. Yaxın ayda isə Tbilsidən Türkiyə sərhəddinədən boru kəməri qazla doldurulacaq və ilin üçüncü rübündə Şahdənizdən ilk qazın çıxarılmasına nail olunacaq. Kəmərin tam doldurulmasına 100 milyon kub met qaz sərf olunacaq». Cənab Vudvord bu ilin birinci yarısında konsorsiumun Azərbaycan hökumətinə 8,8 milyon barel mənfəət nefti verdiyini bildirib. «İl ərzində isə hökumətə 2,9 milyard dollar mənfət verəcəyik. Buraya həm mənfəət nefti, həm də vergilər daxildir». Cənab Vudvord «Amerikanın səsi» radiosunun «BP şirkəti Orta Asiya qazının dünya bazarına çıxarılması ideyasını dəstəkləyirmi?» sualına da cavab verib. «BP-nin Orta Asiya ölkələrində qaz hasilatı layihələrində payı yoxdur. Ona görə də həmin layihələrin işlənməsinə və ixracına bu mərhələdə qoşulmaq marağımız yoxdur. Cənubi Qafqaz boru kəmərinin ildə 20 miylard kubmert qaz ötürücülük qabiliyyəti olacaq. Şahdəniz qazı bu kəməri tam təmin edəcək qədərdir. Əlbəttə, Orta Asiya ölkələri öz qazını Cənubi Qafqaz kəməri vasitəsilə dünya bazarına çıxarmaq variantına üstünlük verərsə «Şahdəniz»in tərəfdaşları həmin ölkələrlə danışıq aparmaq istəyər». O bu il BP Azerbaijan şirkətinin Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində Azərbaycana 2,1 mlrd. kubmetr səmt qazı verəcəyini bildirib. «Mərkəzi Azəri» və «Qərbi Azəri» platformalarından hasil edilən səmt qazının bir hissəsi artıq dəniz qaz kəməri vasitəsilə Səngəçal terminalına nəql edilir. Oradan isə yerli bazara daxil olur. 2006-cı ilin birinci yarısında BP «Çıraq» yatağından Azərbaycana 488,5 mln. kub metr, Səngəçal terminalından isə 930 mln. t kub metr qaz verib». BP-Azərbaycan şirkətinin prezidenti Devid Vudvord həmçinin son altı ayda BP-Azərbaycan şirkəti tərəfindən 1679 nəfər Azərbaycan vətəndaşının birbaşa işə götürüldüyünü, podaratçı şirkətlər tərəfindən isə 10.000 çox vətəndaşın tikinti işlərinə cəlb edildiyini deyib.
XS
SM
MD
LG