Accessibility links

Azərbaycanda dini durum sabitdir


"Azərbaycanda dini durum kifayət qədər sabitdir. Dövlət din münasibətləri qanunla tənzimlənir, beynəlxalq praktikaya və yüksək sivilizasiyaya əsaslanır. Heç kimin dini etiqad azadlığı rozulmur". Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, dövlət bütün dini konfessiyalara eyni münasibət bəsləyir. Komitə sədrinin fikrincə, ölkədə dini konfensiyalara qarşı liberal münasibətdən sui istifadə etməyə cəhd edənlər də olur. "Bəzi icmalar qeyri insani, qeyri dini yolla insanların etiqad seçiminə müdaxilə edir. Ayrı-ayrı insanları, xəstələri, həddi-buluğa çatmayanları sıralarına çəkməyə cəhd edirlər". Cənab Orucov dövlət komitəsi ilə islam və qeyri islam dini qurumları arasında böyük etimad yarandığını bildirib. Onun fikrincə, Azərbaycan dini sabitlik baxımından bölgədə çox yaxşı nümunədir. Komitə sədri Azərbaycanın "Dini konsepsiyası"nın üzərində işlərin başa çatdığını deyib. "Konsepsiyanın əsas müddəaları demokratik mühitdən, beynəlxalq konvensiyalardan irəli gələn ənənələrə əsaslanır. Sənədin hazırlanması üçün inkişaf etmiş öləkələrin təcrübəsi öyrənilib. Konsepsiya yerli və beynəlxalq mütəxəssislər tərəfindən hazırlanıb". O, «Amerikanın səsi» radisounun dini müxalifətin yaranma ehtimalı ilə bağlı sualının cavabında, "Azərbaycanda dini müxalifətin olacağı ilə bağlı deyilənlər absurddur", - deyə bildirib. Cənab Orucov qeyri-qanuni yollarla dini ədəbiyyatların ölkəyə gətirilməsinin qarşısının alınması üçün işlər ararıldığını deyib. "Ötən il komitənin Dinşünaslıq eksrertizası sektorunda 350 adda dini ədəbiyyata baxılıb. Dini dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən 90 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq üçün eksrertizaya təqdim olunmuş 40 adda dini ədəbiyyata baxılaraq müvafiq düzəlişlərin edilməsi, dini dözümsüzlüyü təbliğ edən fikirlərin çıxarılması və yenidən rəyə təqdim edilməsi barədə qərar qəbul edilib".
XS
SM
MD
LG