Accessibility links

Bakının valyutadəyişmə məntəqələrində xaos yaşanıb 


Bakının valyutadəyişmə məntəqələrində ajiotaj hələ də davm edir. Şənbə günü axşam və bazar günü də valyutadəyişmə məntəqələrində dollar və avronu milli manata dəyişmək problemi yaşanıb, şənbə günü dolların kursunun qəfildən düşməsi ölkənin valyuta bazarında xaos yaradıb. Bir-iki saat ərzində bir dollar 4540 manatdan 4000-4100 manata və bir avro isə 5700 manatdan 5400 manatadək enib. Milli Bankın İdarə Heyətinin üzvü Rüfət Aslanlı ANS radiosuna bildirib ki, dolların kursunun enməsinin iqtisadi əsası yoxdur və bunu bəzi banklar cəmiyyətdə ajiotaj yaratmaq üçün edir. Ancaq o bankların adlarını açıqlamayıb. Turan İnformasiya Agentilyinin iqtisadiyyat şöbəsinin redaktoru Rasim Hüseynov hesab edir ki, hökumət davamlı olaraq manatın məzənnəsinin möhkəmlənməsi syasəti apırır və baş nazirin bu barədə bir neçə gün öncəki bəyanatı bəzi insanların əlinə asan qazanc əldə etməsi üçün münbit şərait yaradıb. Bəzi ekspertlər ABŞ dollarının nağd mübadilə məzənnəsinin kəskin aşağı düşməsinin əsas səbəbi kimi Milli Bank tərəfindən süni şəkildə yaradılan manat qıtlığı göstərilir. Maliyə məslələri üzrə ekspert Anar Xanbəyli hesab edir ki, Milli Bankın manatın məzənnəsini möhkəmləndirmək siyasətindən məqsədli şəkildə istifadə olunub. Onun gümanına görə, bu oyunu valyutadəyişmə məntəqələrinin işçiləri, banklar və ya xaricdən müdaxilə ilə də izah etmək olar. Ekspert hesab edir ki, Azərbaycanın nağd valyuta mübadiləsi bazarı kövrəkdir və gələcəkdə bu kimi hadisələrin qarşısının alınması üçün əlavə tədbirlər görülməlidir. Onun fikrincə, valyuta bazarında davamlı kəskin dəyişikliklər ilkin tələbat mallarının qiymətlərinin qalxması kimi sosial nəticələrə də gətirib çıxara bilər. Onu da qeyd edim ki, dünən bəzi topdansatış bazarlarında bu dərhal hiss edilməyə başlayıb. Banklar Asosasiyasının prezidenti Zakir Nuriyev Amerikanın səsi radiosuna bildirib ki, banklar bazar günündən başlayaraq bazarda yaranmış vəziyyətin normallaşdırılması üçün tədbirlər həyata keçirməkdədir.Onun fikrincə, bazarda milli valyuta qıtlığı artıq tam aradan qalıdırılb. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov isə bildirib ki, nədənsə ötən şənbə bəzi banklar valyutadəyişmə mənqtəqələrinə kifayət qədər milli valyuta verilməsini yaddan çıxarıb və bundan istifadə edən bəzi valyüutadəyişmə məntəqələri ajiotaj yaralmaqla qazanc götürmək istəyib. Cənab Səfərov qənaətincə, istənilən halda hüquqi norma pozulub. Valyuta bazarında ajiotajdan ən çox ziyan çəkən sadə insanlardır. Belə ki, bir çox halda cibində ABŞ dolları və ya avrosu olan insan bazardan məhsul almaq iqtidarında olmayıb. Sadə insanlar belə ajiotajları qəti pisləyir və hökuməti kəskin tədbirlər görməyə çağırır. Bakının mərkəzində Rəşid Behbudov küçəsində sıra ilə düzülmüş bir neçə valyutadəyişmə məntəqəsinin qarşısında bu gün günün ikinci yarısmında keçirdiyim sorğuda iştirak edənlər də belə düşünür. Qeyd edim ki, bu məntəqələrdən yalnız birində bu gün bir neçə saat milli valyuta olub. Biri işləməyib, digərlərində isə reklamda məzənnə yazılsa da məntəqədə müştərilərə milli valyutanın olmadığı bildirilib.
XS
SM
MD
LG