Accessibility links

Dünya Azərbaycanlılarının ikinci qurultayı açılıb


Bakıda Dünya Azərbaycanlılarının II qurultayı açılıb. Qurultayda dünyanın 49 ölkəsindən 1218 nümayəndə və 388 qonaq iştirak edir. Forum Azərbaycan diasporunun fəaliyyət konsepsiyasını müzakirə edib. Azərbaycan və Türkiyə diasporlarının səylərini birləşdirilməsi, Ermənistan-Azərbaycan münaqişəsilə bağlı dünya ictimaiyyətinə müraciət qəbul edib Hazırda Azərbaycan, İran, Türkiyə, Rusiya, ABŞ, Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, İraq, Gürcüstan, Əfqanıstan, Hindistan, Pakistan, İsveç, Norveç, Hollandiya, Böyük Britaniya, Almaniya, Kanada, Fransa, Suriya, Səudiyyə Ərəbistanı, İsveç, Yəmən, Yaponiya, Avstraliya, Malta, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan və başqa ölkələrdə 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycan diasporu dünyanın 75 ölkəsində fəaliyyət göstərən mədəni cəmiyyətlərə və mərkəzlərlərə malikdir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan diasporu ölkənin dünyada təbliğində, Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. "Mən çox istərdim ki, azərbaycanlılar yaşadıqları ölkənin ictimai-siyasi həyatında mühüm rol oynasınlar. Bu, bizim mövqeləri möhkəmləndirir. İqtisadi baxımdan bizim mövqelərimiz möhkəmdir, indi də siyasi baxımdan möhkəmlənmək lazımdır. Bizim gücümüz sizin fəaliyyətinizdə, sizin də gücünüz Azərbaycan dövlətinin gücündədir. Ölkəmiz nə qədər güclü olsa, siz də o qədər güclü olacaqsınız"-deyə cənab Əliyev dünya azərbaycanlılarına müraciət edib. Prezident çıxışında ölkədə, iqtisadi, sosial inkişaf, yoxsulluğun azaldılamısının uğurla həyata keiçiridiyini bildib. Dövlət başçısının çıxışının böyük hisəsini isə Ermənistan-Azərbaycan münaqişəsinə həsr edib. O müəyən vaxtlarda danışıqılar prosesində yaxınlaşma olsa da nəticənin əldə olunmadığını deyib. "Lakin bu danışıqlar əbədi davam edə bilməz. Bizim səbrimiz tükənir. Əgər Ermənistan bundan sonra da danışıqları imitasiya etsə biz bunda iştirak etməyəcəyik və mövqyeimizə yenidən baxacağıq"- deyə cənab Əliyev vurğulayıb. O münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyini önə çəkib. «Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalı, qaçqınlar öz torpaqlarına qayıtmalıdır. Nə indi, nə də 10, 15, 100 ildən sonra biz Dağlıq Qarabağın ayrılmasına razı olmayacağıq, bu, qədim Azərbaycan torpağıdır"-deyə o qeyd edib. Prezident Azərbaycanın danışıqlara sadiq olduğunu da yada salıb. "Əgər Ermənistan ATƏT-in Minsk qrupunun yeni təkliflərilə razılaşsa və danışıqlar zamanı səmimi olsa, onda sülh olacaq. Nizamlanma zamanı beynəlxalq milli muxtariyyət təcrübəsindən istifadə oluna bilər". Ölkə başçısı qeyd edib ki, Azərbaycan bundan sonra da öz hərbi gücünü möhkəmləndirəcək. 2006-cı ildə hərbi büdcə 100% artıb, gələcəkdə isə bu rəqəm daha da artaraq Ermənistanın bütün dövlət büdcəsinə bərabər olacaq. "Ermənistan heç zaman Azərbaycanla rəqabət apara bilməz. Yerevan bunu nə qədər tez başa düşsə, o qədər yaxşıdır. Ermənistan özü də Azərbaycanla razılığa gəlməkdə və əməkdaşlıqda faydalanmaqda maraqlı olmalıdır"-deyə İ.Əliyev bildirib. Bu gün Ermənistan regional layihələrdən təcrid olunub. Ölkə mühüm kommunikasiyalardan kənarda qalıb. "Bunu biz etmişik. Belə ki, Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmir"-deyə dövlət başçısı qeyd edib. Onun sözlərinə görə, Azərbaycan güzəştə getməyəcək və Qarabağ münaqişəsinin ölkənin ərazi bütövlüyü çərçivəsində həllinə nail olacaq. "Nə qədər ki, Ermənistan bizim əraziləri işğal edib, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz"- deyə İ.Əliyev vurğulayıb. Prezident Azərbaycan iqtisadiyatının aktiv inkişaf etdiyini diqqətə çatdırıb. «Eyni zamanda təcrid olunmuş Ermənistan iqtisadiyyatı yerində sayır. Azərbaycanın tərəfdaşlarının və qonşularının ölkəyə marağı artır. Bütün bunlar əminlik yaradır ki, Qarabağ problemi də daxil olmaqla ölkənin qarşısındakı bütün problemlər həllini tapacaq». O, müxtəlif ölkələrdə yaşayan bütün azərbaycanlıları Vətənin çiçəklənməsinə və problemlərinin həllinə yardımçı olmağa çağırıb
XS
SM
MD
LG