Accessibility links

Prezident seçkiləri İranın daxili və xarici siyasətinə təsir etməyəcək


Dünya Azərbaycanlıları Konqresinin daimi şurasının sədri Əjdər Tağızadə hesab edir ki, İranda yeni prezident seçkiləri ölkənin daxili və xarici siyasətində köklü dəyişikliklərə səbəb olmayacaq. Onun fikrincə, namizədlərin hamısı İran rejiminin ideoloqlarıdır. Ekspert həmçinin prezident seçkilərindən sonra, Amerika İran danışıqlarının başlanacağını da istisna etmir. Ancaq İranın dini lideri hər zaman danışıqların onunla aparılmasını istəyir. “Dini lider isə danışıqlarda İranın hərəkətlərinə, insan hüquqları və milli hüquqların pozulması ilə bağlı məsələyə toxunulmamasını istəyir”.

XS
SM
MD
LG