Accessibility links

Azərbaycanda dövlət çerilişinə hazırlıq ittihamı ilə həbslər davam edir


Oktyabrın 19-dan başlayaraq Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui istifadə, rüşvət alma, hakimiyyəti zorla ələ keçirmə, ixtişaşa hazırlıq maddələri ilə təqsirləndirilən insanların həbsi davam edir. Artıq üç sabiq nazir, prezidentin işlər idarəsinin müdiri, ölkədə benzin satışının 75 faizinə nəzarət edən «Azpetrol» şirkətinin prezidenti və ondan çox başqa vəzifəli şəxs həbsdədir. Bu gün isə Milli Məclis «Azərkimya» dövlət şirkətinin sabiq prezidenti, deputat Fikrət Sadıqovun cinayət məsuliyyətinə cəlb olunmasına və həbsinə icazə verib. Baş Prokurorun bu barədə təqdimatını Milli Məclisə Baş Prokurorun birinci müavini Rüstəm Usubov təqdim edib. Onun fikrincə, cənab Sadıqov hakimiyyəti ələ keçirmək məqsədilə mühacirətdə olan parlamentin eks-spikeri Rəsul Quliyevlə əlbir olmaqda ittiham edilir. Dünən səhər Azərbaycan Elmlər Akademiyasının keçmiş prezidenti Eldar Salayev də şahid qismində Milli Təhlükəsizlik Nazirliyinə dəvət edilib və uzun dindirmədən sonra saxlanılıb. Akademikin oğlu Elman Salayev Amerikanın səsi radiosuna bildirib ki, dünən gecə atasının evində axtarış da aparılıb. Onun sözlərinə görə, atası xəstədir və dünən bütün gün ərzinədə dərmansız qalıb. Akdemik ADR sədri Rəsul Quliyevi şəxsi zaminə götürməklə bağlı məhkəməyə müraciət edib. Oğlu Elman Salayev isə ADP sədrinin müavini və «Azadlıq» seçki blokunun deputatlığa vahid namizədidir. Elman Salayev bu baxımdan atasının həbsini siyasi adlandırıb. "Azadlıq" seçki bloku da akademik Eldar Salayevin həbsini qətiyyətlə pislədiyini və bu hadisəni siyasi repressiya, zorakılıq və özbaşınalıq kimi dəyərləndirdiyini bəyan edib. Sənəddə seçki kampaniyasının 37-ci illər Stalin represiyasını xatırladan iyrənc üsullarla aparılmasına son qoyulması diqqətə çatdırılır. "Biz akdemik Salayevin həbsdən dərhal azad edilməsini, ona qarşı törədilən bu fitnəkarlığa görə müqəssirlərin cəzalandırılmasını qətiyyətlə tələb edirik" - deyə blokun bəyanatında vurğulanır. Yeri gəlmişkən bildirək ki, sabiq səhiyyə və iqstisadi inkişaf nazirlərinin vəkillərinin onlar barədə seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayətləri də təmin edilməyib. İndi isə sadə vətəndaşların son günlər aparılan həbslərə münasibətilə tanış olaq. Bakının məpkəzi küçələrində keçirdiyim sorğuda iştirak edənlərin fikirləri fərqli və çox maraqlıdır.
XS
SM
MD
LG