Accessibility links

ABŞ Dövlət Departamenti Elmar Hüseynov adına qrant mükafatı elan edib


ABŞ Dövlət Departamenti Elmar Hüseynov Fondu üçün qrant mükafatı elan edib. Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersin iqamətgahında mükafatın təqdimetmə mərasimi olub. Səfir bildirib ki, ABŞ Elmar Hüseynovun xidmətlərini dinamik və tədiqiqatçı jurnalist kimi daim xatırlayır. Xanım Dersi jurnalistin qətlini faciə adlandırıb və qatildlərin tapılıb cəzalandırılmasının vacibliyini qeyd edib. O, bu qrantla ABŞ hökumətinin Elmar Hüseynov irsinə ehtiramını göstərdiyini bildirib. Səfir həmçinin jurnalistləri Elmar Hüseynov mükafatı uğrunuda araşdırma yazıları yazmağa çağırıb. Səfir ABŞ-ın Naxçıvanda jurnalist Həkimeldostu Mehdiyevin döyülməsindən narahat olduğunu bildirib. Xanım Dersi öz hökuməti adından Azərbaycanda müsətqil və profesional mətbuat tədqiqatını dəstəklədiyini bəyan edib. E.Hüseynov Fondunun təsisçilərindən Şahbaz Xuduoğlu bildirib ki, Elmar Hüseynov mükafatının təsisi ABŞ hökumətinin dünyada söz azadlığını dəstəklədiyninə bir nümunədir. «Qrant mükafatı 18 kiçik qrant layihəsindən ibarətdir. Bir ildən sonra araşıdrma yazıları dərc etdirmiş jurnalistlərdən biri qalib elan ediləcək. Layihə çərçivəsində Elmar Hüseynov Fondunun İnternet səhifəsi açılacaq və mükafata təqdim edilmiş yazılar səhifədə yerləşdiriləcək». Elmar Hüseynovun atası Sabir Hüsenyov ailəsi adından minnətdarlıq edib. O Elmar Hüseynovun adını uca tutan dövlət və jurnalistlərə təşəkkür bildirib.
XS
SM
MD
LG