Accessibility links

Elmar Hüseynov mükafatına namizədlər bəlli olub


"Elmar Hüseynov" Fondu ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Elmar Hüseynov mükafatı uğrunda müsabiqədə iştirak üçün nominasiyalar üzrə qalibləri elan edib. 9 jurnalist qalib elan edilib. Qalib jurnalistlər martın 2-dək araşdırma yazılarını münsiflər heyətinə təqdim edəcək və Elmar Hüseynov mükafatına layiq jurnalist müəyyən ediləcək.

Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu bildirib ki, araşdırma materiallarının hazırlanması çox mühümdür. Onun sözlərinə görə, 2005-ci il martın 2-də qətlə yetirilmiş «Monitor» jurnalınını baş redaktoru Elmar Hüseynovun istintaqının gedişi ilə bağlı hər hansı məlumat mövcud deyil və onun adı yalnız məqalələrdə yaşayır.

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik hazırki anda Azərbaycanda təhqiqat yazılarının hazırlanması üçün yaxşı mühitin olmadığını deyib. O eyni zamanda hesab edir ki, Elmar Hüseynov mükafatı üçün təqdim ediləcək yazılar ölkə mətbuatında yaxşı nümunələr olacaq.

Elmar Hüseynov adına mükafatın təsis edilməsi barədə ilk dəfə ABŞ Dövlət katibinin müavini Barri Lovenkroun 2006-ci ilin dekabrında Bakıya səfəri zamanı bəyan edib.

XS
SM
MD
LG