Accessibility links

Azərbaycan mediasında prezidentliyə namizədlərin barəsində təbliğat balansı pozulub


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu seçkiqabağı dövrdə bir ay müddətində yerli mətbuatın monitorinqini keçirib.

Layihənin məqsədi prezidentliyə namizədlərin xeyrinə və əleyhinə mətbuatda aparılan təbliğatın xarakterini öyrənməkdir. Bu barədə institutunun direktoru Emin Hüseynli “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

Onun fikrincə, media monitorinqinin aparılmasında əsas məqsəd ədalətlilik və balanslılıq prinsipini qoruyub saxlamaqdır. “Monitorinq 7 telekanalı və 4 qəzeti əhatə edib. Televizya kanallarında balans kobud şəkildə pozulub. Monitorinqə görə, hazırkı prezident İlham Əliyev barəsində xəbərlər bütün kanallarda üstünlük təşkil edir”.


XS
SM
MD
LG