Accessibility links

Azərbaycan əhalinin elektrik enerjisinə tələbatını tam ödəyəcək  


2006-cı ildə «Azərenerji» Səhmdar Cəmiyyəti 24,4 mlrd. kVt/s. elektrik enerjisi istehsal edəcək. İl ərzində elektrik enerjisi istehsalında 9 faiz artım olacaq. Bu barədə iqtidjarda olan YAP qərarcahında keçirilən mətbuat konfransında «Azərenerji» SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib. Onun sözlərinə görə, ölkədə artan enerji tələbatını tam təmin etmək məqsədildə iki böyük istilik elektrik stansiyası tikiləcək. Bunlar Sumaqyıtda və Şimal Dövlət Elektrik stnaisyası ərazisində inşa ediləcək. Cənab Əsgərov regionların inkşafı proqramına uyğun olaraq bu il ölkədə beş modul tipli elektrik stansiyası tikiləcəyini də deyib. Onun sözlərinə görə, bu stansiyalar regionların elektrik enerjisininə olan tələbatını tam ödəyəcək. Vitse-prezidentin sözlərinə görə, istilik elektrik stansiyalarında yanacaq sərfininin beynəlxalq standartlara uyğunlaşdırılması istiqaəmtində işlər aparılır və artıq bir çox elektrik stansiyalarında buna nail olunub. Cənab Əsgərov Naxçıvan MR-nin elektrik enerjisi ilə təchizatında da irəliləyişlər olduğunu bildirib. Onun sözlərinə görə, blokada şəraitində yaşayan Naxçıvanda yeni elektrik stnasiyaları tikilməsi planlaşdırılır. Vitse-prezident yerli hakimiyyət orqanlarını ciddi tənqid edib. Onun sözlərinə görə, yüksək gərginlikli elektrik xəttlərinin altında tikilən evlərdə on minlərlə insan təhlyükə altında yaşayır.
XS
SM
MD
LG