Accessibility links

Azərbaycan yaxın illərdə ərzaq təhlükəsizliyini tam təmin edəcək


Azərbaycanda taxıl qıtlığı ilə bağlı deyilənlərin əsası yoxdur. Ölkənin kifayət qədər ərzaq buğdası ehtiyatı var. Eyni zamanda, Qazaxıstandan və Ukraynadan taxıl, Rusiyadan isə un idxal edilir. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abbasov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, bu il 850-860 min hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilib. Gələn il də taxıl idxalı davam etdiriləcək. Cənab Abbasov bu il də buğda və çəltik istehsalçılarını həvəsləndirmək üçün hökumət hər hektar əkin müqabilində 100 dollar müqabilində əvəzsiz yardımı davam etdirəcək. O hesab edir ki, hazırda ölkədə ərzaq təhlükəsizliyini 80 faizədək təmin edir və yaxın illərdə əhalinin ərzaq təminatı tamamilə daxili istehsal hesabına ödəniləcək. Onun sözlərinə görə, Azərbaycan indi də bir sıra bostan, bağçılıq və bostançılıq məhsullarını idxal edir. Azərbaycanda 44 alkoqollu içki, 35 pivə və 1 tütün məmulatı istehsal edən müəssisə fəaliyyət göstərir. Nazirin dediyinə görə, 2007-ci ildə ölkədə yerli istehsal olan alkoqollu içkilərə tələbat artıb. Öz növbəsində, müstəqil ekspertlər ölkənin ərzaq təhlükəsizliyini təmin edilməsi üçün daha liberal investisiya şəraitinin yaradılmasını vacib bilir. Turan Agentliyinin eksperti Hafiz Babalının sözlərinə görə, Azərbaycan hazırda əhalinin 65 faizini yerli istehsal olan ərzaq məhsulları ilə təmin edə bilir. Ekspert hesab edir ki, əhalinin ərzaqla təmin edilməsi ilə bağlı proqramın həyata keçirilməsi üçün hökumət beynəlxalq təcrübədən yararlanmalıdır. Cənab Babalı eyni zamanda əhalinin yaxın beş ildə ərzaq buğdası ilə təmin ediləcəyinə inanır.
XS
SM
MD
LG