Accessibility links

Suriya prezidenti Azərbaycanda səfərdədir


Suriya prezidenti Bəşər əl-Əsəd Bakıya iki günlük rəsmi səfərə gəlib.
Suriya və Azərbaycan prezidentləri iki ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə edib. Tərəflər regional və beynəlxalq problemlər barədə fikir mübadiləsi aparıb.
İki ölkənin arasında diplomatik və xüsusi pasporta malik şəxslər üçün vizasız rejim haqqında saziş imzalanıb.
Həmçinin, mədəniyyət, energetika və sənaye sahələrində və investisiyaların qarşılıqlı mühafizəsi sahəsində əməkdaşlıq haqqında sənədlər imzalanıb.


XS
SM
MD
LG