Accessibility links

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı əsir düşmüş azərbaycanlı əsgərə baş çəkib


Dünən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağdakı ofisinin əməkdaşları Azərbaycan ordusunun əsir düşmüş əsgəri Eldəniz Nuriyevə baş çəkib. BQXK-nın əməkdaşları E.Nuriyevin saxlanma şəraiti, sağlamlıq və psixoloji durumu ilə maraqlanıb. Bu barədə Американын сяси радиосуна BQXK-nın Bakıdakı nümayəndəliyinin əməkdaşı Gülnaz Quliyeva bildirib. Onun sözlərinə görə, BQXK əsir düşmüş əsgərlə bağlı xidmətlərini davam etdirəcək. Azərbaycan ordusunun əsgəri Eldəniz Nuriyev cəbhəninin cənub istiqamətində Füzuli rayonu ərazisində ötən il dekabrın 31-də əsir düşüb. Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidməti əsgərin silahsız olduğunu və azaraq düşmən tərəfə keçdiyini bildirib. 1976-cı il təvəllüdlü əsgər Eldəniz Nuriyev 2005-ci ilin iyulunda Ağsu rayonundan hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG