Accessibility links

İran hökumətinin etnik azlıqlara sayğısızlığı böhranı daha da dərinləşdirəcək


Yaxın və Orta Şərq üzrə ekspert Sədrəddin Soltan İranda prezident seçkilərindən dərhal sonra azərbaycanlıların mərkəzi şəhəri Təbrizdə hökumətin “Fars dilinin və ədəbiyyatının inkişafı perspektivləri” mövzusunda konfrans keçirməsini etnik azlıqlara hədə kimi qiymətləndirir.

Sual: Bu günlər İranda fars dilinin və fars ədəbiyyatının inkişafı ilə bağlı elmi-praktiki konfrans keçirilib. Belə bir konfransın Təbrizdə, İranda yaşayan azərbaycanlıların mərkəzi şəhərində keçirilməsinə münasibətiniz necədir?

Cavab: Hazırkı gərgin ictimai-siyasi vəziyyətdə Tehran hakimiyyətinin belə bir tədbiri Təbrizdə keçirməsi iki tərəfdən anlaşılmazdı. Birincisi, ona görə ki, Tehran sanki əvvəl prezidentliyə namizəd olmuş Mahmud Əhmədinejadın, eləcə də, Mir Hüseyn Musəvinin və Mehdi Kərrubinin etnik qrupların milli-mədəni haqlarının təmin olunması ilə bağlı seçki qabağı kampaniya zamanı götürdüyü öhdəliklərin qarşısında bu anlaşılmaz görünür. İkinci tərəfdən isə, bu, dövlət tədbiridir və dövlət tədbiri dövlətin dili sayılan fars dilinin inkişafına əlavə xərclər ayırması, digər etnik dillərin unudulması kimi dəyərləndirilməlidir. Digər bir tərəfdən isə, bu, onu göstərir ki, Tehran hökuməti ölkədəki farsdan başqa etnik qrupların dilinə, tələblərinə etinasız yanaşdığını nümayiş etdirir.

Sual: Prezident seçkiləri qabağı bütün namizədlər Təbrizdə və Azərbaycan şəhərlərində azərbaycan dilində çıxış etməyə üstünlük verirdilər. Seçkilərdən sonra dərhal hökumətin belə bir tədbiri keçirməsi digər xalqlara, etnik azlıqlara təhdid demək deyilmi?

Cavab: Bu, doğurdan da ölkədəki digər etnik qruplara etinasız yanaşmanın göstəricisidir. Belə çıxır ki, seçki qabağı kampaniya zamanı etnik qrupların səsi, onların fəallığı lazım idi. Seçki qabağı kampaniya zamanı Mir Hüseyn Musəvi bəyan etdi ki, o, konstitusiyanın 15-ci maddəsinin - digər etnik dillərin inkişafı ilə bağlı maddənin icra olunacağına boyun oldu. Mahmud Əhmədinejad isə yerli universitetlərdə Azərbaycan türkcəsində dərslərin keçirilməsinə, təbii ki, fakultətiv dərslərin keçiriləcəyinin qanuniləşdiriləcəyini boyun olurdu. Bütün bunlar onu göstərir ki, Tehran hakimiyyəti həmişə bu cür siyasəti davam etdirəcək. Yəni bu, Rza şah Pəhləvindən başlamış təməl prinsipdir. Bugünkü teokratik rejim də həmin təməl prinsipi həyata keçirir. Ayətulla Xameneyi deyir ki, ölkədə milli vəhdət amili islam dini və mədəniyyətidir, amma ölkənin prezidenti isə bildirir ki, ölkənin milli vəhdət amili fars dili və ədəbiyyatıdır. Həmin konfransda da Qulaməli Həttad Adil eyni fikri səsləndirib: İranda milli vəhdət amili fars dili və ədəbiyyatıdır. Bu, fars mərkəzli düşüncə sisteminin əsasıdır. Parlamentin sədri olmuş Qulaməli Dadil fars mərkəzli düşüncə sisteminin ideoloqlarından biri və İran elmlər akademiyasında fars dili və ədəbiyyatı məsələsində aparıcı fiqurlardan biridir. Güney Azərbaycanda, yaxud İranın daxilində olan başqa milli qrupların ziyalıları, təmsilçiləri bu tip adamları fars şovinistləri hesab edirlər. Bu baxımdan Tehran hakimiyyətinin Təbrizdə bu məsələni həyata keçirməsi bütövlükdə ölkədəki fars olmayan başqa etnik qruplara bir mesajdır.

Sual: İranın mövcud qanunvericiliyində və islam dinində bir dilin başqa bir dil üzərində üstünlüyü ilə bağlı hansı maddələr var?

Cavab: Heç bir! Nə islam dinində, nə İranın Konstitusiyasında belə bir müddəa yoxdur. Məsələn əgər 15-ci maddəni göstərirsə ki, fars dili dövlət dilidir, başqa etnik qruplar da özlərinə məktəb, qəzet və s. aça bilərlər.19-cu maddə də yazılır ki, ölkədəki bütün milli, etnik qruplar bərabərdir. Onların hüquqları bərabərdir. Başqa bir maddə də isə göstərilir ki, ölkənin təbii sərvətləri belə bütün əyalətlər üzə bərabər paylanmalıdır. Hesab edirəm ki, Təbrizdəki tədbir də ölkənin konstitusiyanın maddələrinə qarşı olan tədbirdir.
XS
SM
MD
LG