Accessibility links

Dağlıq-Qarabağ münaqişəsinin nizamlanmasında Amerikanın iştirakı müzakirə ediləcək


ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə Köməkçisi Filip Qordon Cənubi Qafqaza üçgünlük səfəri çərçivəsində iyunun 11-də Azərbaycana səfər edəcək. Bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Xəbərə görə, Bakı səfərində o, hökumət nümayəndələri və vətəndaş cəmiyyətinin üzvləri ilə ikitərəfli və regional məsələləri müzakirə edəcək.

Cənab Qordon bəyan edib ki, Dövlət Katibinin Köməkçisi vəzifəsində əsas diqqəti “demokratiyanın təşviqinə, iqtisadi islahatlara təkan verməyə, milli suverenliyin və ərazi bütövlüyünün müdafiəsinə və davam edən münaqişələrin həllinə” yönəldəcək. Görüşlərində o, ABŞ - Azərbaycan arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın, həmçinin, Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Obama Administrasiyasının iştirakını müzakirə edəcək.

Dövlət Katibinin Köməkçisi qismində F.Qordon regiona ilk səfərini edir. O, vəzifəsinin icrasına 15 may 2009-cu ildə başlayıb və bu vəzifədə Daniel Fridi əvəz edir.


XS
SM
MD
LG