Accessibility links

Azərbaycanın daha iki məntəqəsində ev quşlarında quş qripi aşkarlanıb


Bakının 72 kilometr şimalında yerləşən Giləzi quşçuluq fabrikində quş qripi virusu yayıldığına görə 550 minədək quş məhv edildikdən iki gün sonra bu gun Azərbaycanın quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə dövlət komissiyası paytaxtdan 220 kilometr cənubda yerləşən Biləsuvar və 300 kilometr cənub-qərbdə yerləşən Füzuli raoynunda ev quşlarından quş qripi virusu aşkarlandığını bildirib. Koimsiyanın məlumatında deyiilir ki, Biləsuvar quşçuluq fabrikində və Füzuli rayonunun Böyük Bəhmənli kəndində fərdi vətəndaşın həyətindən ölmüş ev quşlarından götürülmüş patoloji materiallarda quş qripi xəstəliyi müəyyən olunub. «Hazırda virusun növünü müəyyən etmək üçün yerli laboratoriyalarda, o cümlədən London və Kiyev laboratoriyalarında müayinələr davam etdirilir. Hər iki xəstəlik ocağında baytarlıq xidmətinin mütəxəssisləri təlimata uyğun tədbirlər görür». Təlimata uyğun olaraq xəstəlik ocağında üç kilometr radiusda yerləşən bütün ev quşları məhv ediləgək, dezinfeksiya işləri aparılacaq və karantin elan edilib. Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq xidmətinin rəisi İsmayıl Həsənov Amerikanın səsi radisouna Biləsuvar quşçuluq fabrikindəki bütün quşların məhv edildiyini bildirib Baş baytarın sözlərinə görə, Giləzidə artıq xəstəliyin ocağından üç kilometr radiusda ev quşlarının məhv edilməsi başlanıb, Biləsuvarda isə oğaqda dizenfeksiya işləri başa çatdıqdan sonra ev quşlarının məhv edilməsi başlanacaq.
XS
SM
MD
LG