Accessibility links

Freedom Nouse Azərbaycanı mətbuat azad olmayan ölkə hesab edir


Freedom Nouse beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanın adını mətbuatın azad olmadığı ölkələr sırasına daxil edib. Bu barədə «Turan» agentliyi təşkilatın hesabatına istinadən məlumat yayıb. Beynəlxalq azad mətubat günü ilə bağlı qurumun hazırladığı hesabatda azad sözə zəmnatə verən Konstitusiya müddəalarını hökumtəin yerinə yetirmədiyi bildirilir. Ölkədə böhtan və təhqir maddələrilə jurnalistlərin cinayət təqibi davam edir. Azərbaycanda azad sözün təmin olunması sahəsindəki durum Qazaxıstan və Rusiya ilə uyğunluq təşkil edir. Müxalifət və müstəqil nəşrlərin olmasına baxmayaraq ölkənin telekanalları hökumətin nəzarəti altındadır. Müxalifət və mstəqil qəzetlərin paytaxtdan kənarda tirajı olduqca aşağıdır. Qurumun hesabatında deyilir ki, dünya ölkələrinin 38%-də mətubat azad, 30%-də qismən azad, Azərbaycan da daxil olmaqla 32% ölkədə mətubat azad deyil. Ölkələrin ümumi siyahısında Azərbaycan 75 balla 164-cü, Ermənistan 64 balla 142-ci yer tuturaq mətbuatı azad olmayan ölkələr, Gürcüstan isə 57 balla 120-ci yeri tutaraq mətbuatı qismən azad olan ölkələr sırasında yer alıb.
XS
SM
MD
LG