Accessibility links

Azərbaycan gəncləri qadın hüquqlarını müdafiə edir


"Dalğa" gənclər hərəkatının fəalları Bakıda "Azad qadın" abidəsi önündə "Cəmiyyətdə qadınlara azadlıq!" şüarı altında piket keçirib. Etiarzda iştirak edən qadınlar başlarına dəmir qəfəslər geyinib. Gənclər Hərəkatının rəhbəri Ülvi Həsənli bildirib ki, bu yolla son il ərzində ailədə, cəmiyyətdə, işdə qadınlara qarşı çoxalan zorakılıq hallarına cəmiyyətin diqqətini çəkmək istəyirlər. Etirazçılar paytaxtın mərkəzi küçələrində yürüş keçirməyə də cəhd edib. Lakin polis imkan verməyib.
XS
SM
MD
LG