Accessibility links

Xəzər və Qara dəniz regionunda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması mövzusunda konfrans


Bakıda "Xəzər və Qara dəniz regionunda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması" mövzusunda beynəlxalq konfrans keçirilir. ABŞ Dövlət Departamentinin dəstəyilə keçirilən konfransda Azərbaycan, ABŞ, Gürcüstan, Bolqarıstan, Qazaxıstan, Moldova, Rumıniya, Türkiyə və Ukraynadan nümayəndə heyətləri iştirak edir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadə bildirib ki, kütləvi qırğın silahlarının texnologiyalarının və komponentlərinin yayılmasının qarşısının alınması regionun təhlükəsizliyinə xidmət edir. Onun sözlərinə görə, kütləvi qırğın silahlarının, onun komponetlərinin yayılmasının, silah qaçaqmalçılığının qarşısının alınmasına qarşı tək bir dövlətin mübarizəsi o qədər də effektli deyil. Bunun üçün beynəlxalq ictimaiyyətin dəstəyilə birgə mübarizə aparılmalı, vahid konsepsiya olmalıdır. Cənab Tağızadə Xəzər dənizi vasitəsilə kütləvi qırğın silahlarının daşınmasını mümkün hesab edir. Eyni zamanda, sərhəd xidmətinin rəis müavini Azərbaycanda Xəzərdə kütləvi qırğın silahı aparan gəmini müəyyən edən müşahidə mərkəzinin və həmin gəmini saxlaya biləcək təcrübə keıçmiş mobil qrupların olduğunu da deyib. Onun sözlərinə görə, bu qruplar tərəfindən şübhəli bilnən gəmilər saxlanıb. Cənab Tağızadə Azərbaycanın cənubunda və şimalında Xəzərin Azərbaycan setorunda kütləvi qırğın sildahlarının yayılmaması üçün nəzarət həyata keçirəcək radiolakasiya stansiyalarının quraşdırılacağını bildirib. O, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində İranla 132 kilometr, Ermənistanla isə 1007 kilometr sərhəd xəttinin ölkənin nəzarətində olmadığını da diqqətə çatdırıb. ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş Azərbaycanın kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə Amerika ilə müvəfəqiyyətli əməkdaşlıq etdiyini vurğulayıb. "Bakıda qurulmuş stansiyadan Xəzərin istənilən nöqtəsində kütləvi qırğın silahları aparan gəmilər görünür. Onun saxlanması üçün qabaqlayıcı xəbərdarlıq verilə bilir"-deyə o qeyd edib. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov təklif edib ki, gələcək konfranslarda Aralıq dənizində kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması məsələləri də müzakirələrə daxil edilsin. "Bu dənizlərdə birgə təlimlər, ətraf ölkələr arasında təcrübə və informasiya mübadiləsi aparmaqla mübarizəni daha da gücləndirmək mümkündür. Bu baxımdan virtual informasiya mərkəzinin yaradılması və Avropa İttifaqının gələcək konfranslarda iştirakı da mübarizənin effektli təşkilinə kömək edə bilər»-deyə o vurğulayıb. ABŞ Dövlət Departamenti Beynəlxalq Təhlükəsizlik və Kütləvi Qırğın Silahlarının Yayılmaması üzrə departamentinin ixraca nəzarətdə əməkdaşlıq şöbəsinin direktoru Pol Van Son "kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizəyə müxtəlif baxışlar" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, kütləvi qırğın silahları və ya onların komponentlərinin təsadüfi adamların əlinə düşməsi böyük fəlakətlərə səbəb ola bilər. "Silahların və onun komponentlərinin yayılmasının qarşısının alınması üçün birgə proqramlar işlənməlidir. Bunun üçün ilk öncə qlobal əməkdaşlıq davam etdirilməli, çoxtərəfli sazişlər imzalanmalıdır. Eyni zamanda kütləvi qırğın silahları yaradan və onun yayılmasında maraqlı olan dövlətlərə təsir edilməli, sərhəd xidmətlərində nəzarət gücləndirilməlidir"-deyə o qeyd edib. Sabah günün birinci yarısında konfrans iştirakçısı olan dövlətlərin dəniz mühafizəsi xidmətlərinin rəhbərləri, onların müavinləri və operativ komandanlıqları səviyyəsində seminar-təlim keçiriləcək. Seminar-təlimi ABŞ-ın Dəniz Mühafizəsi beynəlxalq münasibətlər şöbəsinin kapitanı Devid Qordner aparacaq və təlim aşağıdakı ssenari üzrə həyata keçiriləcək. Belə ki, Xəzər dənizində yerləşən şərti PURPLE dövləti terroru dəstəkləyən ölkə kimi tanınıb. Neftdən artan gəlirlər onun iqtisadiyyatını möhkəmləndirib və guya sülh nüvə energetika proqramının yaradılmasına gətirib çıxarıb. Əslində isə bu proqram nüvə silahının istehsalı üçün qabaqcıl texnologiyaların və materialların alınması üçün gözdən pərdə asmaqdır. PURPLE dövlətinin hazırkı hakimiyyəti 1970-ci ildə monarxiyanın devrilməsi nəticəsində iqtidara gəlib. Mühafizəkar dini qüvvələr teokratik hökumət yaradıb və dövlətin səlahiyyətləri bir dinşünas alimin əlində cəmləşib. Semir-təlim həmin dövltin kütləvi qırğın silahı və onun komponentlərini əldə etməsinə qarşı mübarizəni nəzərdə tutur. Yeri gəlmişkən bildrək ki, bu il oktyabrın 19-20-də Bakıda "Kütləvi Qırğın Silahlarının yayılmasına qarşı mübarizə" konfransı çərçivəsində yaradılmış "Silah, Sursat və Radioaktiv Materialların daşınmasının qarşısının alınması üzrə" işçi qrupunun ikinci iclası da olacaq.
XS
SM
MD
LG