Accessibility links

Gültəkin Hacıyeva: “Heç bir cəmiyyətdə jurnalistlərin həbsini müsbət qiymətləndirmək mümkün deyil”


“Arayışa münasibətim birmənalı deyil. Obyektiv məqamlarla yanaşı, subyektiv və əsassız hesab etdiyim məqamlar da var. Ümumilikdə, monitorinq altında olan ölkələrdə olduğu kimi, Azərbaycanda da əsasən tənqidi məqamlara üstünlük verilib”. Bu barədə Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva “Amerikanın səsi” radiosuna AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin arayışına münasibət bildirərkən bildirib. Onun sözlərinə görə, heç bir cəmiyyətdə jurnalistlərin həbsini müsbət qiymətləndirmək mümkün deyil. “Bu sahədə həbslərin mövcudluğu cəmiyyətdə ictimai təfəkkürün inkişaf etməməsinin göstəricisidir. Mən istəməzdim ki, Azərbaycanda son dövrlər jurnalistika sahəsində olan problemlər təkrarlansın. Ötən ilin sonunda, xüsusilə bu sahədə gərginlik yaşanıb. Eyni zamanda, monitorinq komitəsinin iclasında vurğulandı ki, Azərbaycanda azad media və jurnalist peşəkarlığı formalaşmamış bir institutdur. Azərbaycanda həm jurnalistika peşəkarlığı problemi var, həm jurnalistin azad sözə məsuliyyətsiz yanaşma problemi var, bunlardan törəyən neqativ sonunclar və eyni zamanda jurnalist sözünə tolerant münasibətin olmaması problemi var”. G. Hacıyevanın fikrincə, hakimlər arasında da qeyri-peşəkarlar və Avropa Konvensiyasını bilməyənlər var. “Jurnalisti tutmaq və hakimi cəzalandırmaq son addım olmalıdır. Daha yaxşısı profilaktik tədbirlərlə problem həll olunmalıdır”. O mzakirələr müzakirələrdə də, sənəddə də Azərbaycanda müxalifətin zəif olması, seçkilərdə iqtidar partiyasına ciddi rəqabət göstərə bilməyəcəyinin əksini tapdığını deyib. “Biz də istəyirik ki, ölkədə güclü iqtidar olduğu kimi, güclü də müxalifət olsun. Müxalifət nə qədər güclü olarsa iqtidarın da özünə məsuliyyəti artar. Rəqabət sağlam və ədalətli inkişafın təməl prinsipidir. Ancaq reallıq budur ki, müxalifət həddindən artıq zəif və sönükdür. Sözsüz ki, bunun cəmiyyət və hakimiyyətlə bağlı olan səbəbləri də var. Amma daha çox səbəbi müxalifətin özü ilə bağlıdır. Müxalifət liderləri son on beş ildə öz kreslolarını qorumaq barədə düşünüb, cəmiyyətin onlara olan inam kredosunu tükəndirib. Öz içindən dəyişməyən, inkişaf etməyən, bir sözlə yerində sayan müxalifətin seçkilərdə qalib gələcəyini düşünmək də sadəlövlükdür”.
XS
SM
MD
LG