Accessibility links

«Günaz» TV İrana yayımlarını artıracaq


«Günaz» televiziyasının rəhbəri Əhməd Obalı bildirib ki, televiziyanın verilişlərində yeni dəyişikliklər olacaq. İranda yaşayan azərbaycanlıların problemləri ilə bağlı canlı verilişlərin vaxtı artırılacaq. Eyni zamanda, televiziyanın Avropada və digər ölkələrdə büroları yaradılacaq. Cənab Obalı həmçinin İranda yaşayan azərbaycanlılarla bağlı obyektiv xəbərlərin yayılmasına çalışdıqlarını bildirib.

XS
SM
MD
LG