Accessibility links

«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinə qarşı təzyiqlər ciddi əks səda doğurub


Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin həbsə alınmış baş redaktoru Eynulla Fətullayevin evində və qəzetin ofisində axtarış aparması çoxsaylı təşkilatalırın etirazına səbəb olub. Mərkəzi Qərargahı Nyu-Yorkda yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında deilir ki, Eynulla Fətullayevin qondarma böhtan ittihamı ilə həbsindən kifayətlənməyən Azərbaycan hakimiyyəti, indi ona Fətullayevi 12 il həbsxanada saxlamaq imkanı verən terrorizm ittihamını irəli sürür. «Hər hansı bir sübut olmadan bu cür ittihamın irəli sürülməsi hakimiyyətin tənqidi KİV-lərin və jurnalistlərin ağzını yummaq məqsədilə mətbuata hücumunun növbəti addımı olub. Biz istintaqı dərhal bu ittihamı ləğv etməyə çağırırıq". ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti də Azərbaycanda iki qəzetin əmlakının zəbt edilməsi və redaktor Eynulla Fətullayevə qarşı yeni ittihamların irəli sürülməsilə əlaqədar narahatlığını bildirib. "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin əmlaklarından məhrum edilməsi ölkənin bu iri və çox oxunan nəşrlərinin fəaliyyətini iflic edib və onların ağzını yummaq məqsədi daşıyır. Bütün bunlar ölkədə müstəqil jurnalistikanın aradan götürülməsi kampaniyasının bir hissəsidir". Cənab Haraşti qəzetlərin serverlərinin və arxivlərinin müsadirə olunması haqqında narahatlıq doğuran məlumatlar aldığını bəyan edib. «Bu müstəqil mətbuata qarşı indiyə qədər edilən hər şeyi üstələyən açıq repressiyalardı. Mən hakimiyyəti Azərbaycanda müstəqil mətbuatın qalıqlarının məhv edilməsinə son qoymağa çağırıram və əminəm ki, "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" buraxılışlarını bərpa edə biləcəklər" - deyə o qeyd edib. Şef redaktor Şahvələd Çobanoğlu isə bu gün "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetləri qeyri-müəyyən müddətə fəaliyyətini dayandırdığını bəyan edib. "Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru Üzeyir Cəfərov axtarışdan sonra qəzetin ofisindən 23 kompüter müsadirə edilərək MTN-ə aparılıb.
XS
SM
MD
LG