Accessibility links

Axıska türkləri tarixi vətənləri Gürcüstana qaytarılacaq


Gürcüstanın Azərbaycanda səfərdə olan dövlət naziri Georgi Xaindrava axıska türklərinin Gürgüstana tarixi vətənlərinə qaytarılması ilə bağlı müzakirələr apardığını bildirib. Axıska türkləri ikinci dünya müharibəsi zamanı Stalinin əmri ilə Gürcüstandan Orta Asiyaya sürgün edilib. 1990-cı ildə Özbəkistanda baş verən qarşıdurma nəticəsində onlar yenidən qaçqın düşüb. Hazırda on minlərlə axıska türkü Azərbaycanda yaşayır və onlar öz tarixi vətənlərəinə qayıtmaq arzusundadır. Gürcüstan hökuməti isə Avropa Şurası qarşısında axıska türklərinin qaytarılması barədə öhdəlik götürüb. Georgi Xaindrava bildirib ki, Gürcüstan axıska türklərini qəbul etməyə hazırdır. «Gürcüstan parlamentinin yaz sessiyasında axıska türklərinin hüquqlarının bərpa olunması haqda qanun qəbul ediləcək. Azərbaycana səfərimin məqsədi axıska türklərinin qaytarılması ilə bağlı məslələri müzakirə etməkdir. Gürcüstana qayıdan axıska türklərinə milli mənsubliyyətlərini müəyyən etmək imkanı veriləcək. Onların həm də Gürcüstan vətəndaşlığı hüquqları bərpa ediləcək». Sabah cənab Xaindrava axıska türklərinin kompakt yaşadıqları Saatlı rayonuna gedəcək. «Hazırda Azərbaycanda 70 min, Qazaxıstanda 160 min, Türkiyədə 35 min, Özbəkistanda 70 min, Ukraynada 12 min, Qırğızıstanda 40 min, Rusiyada 50 min axıska türkü yaşayır»-deyə o qeyd edib.
XS
SM
MD
LG