Accessibility links

Azərbaycanda məhkəmələr və hakimlər


Sülh və Demokratiya institutu "Azərbaycan məhkəmələri və hakimlər" mövzusunda dəyirmi masa keçirib. Azərbaycan Hüquqşünaslar Forumunun sədri İntiqam Əliyev bildirib ki, hakim korpusunun formalaşdırılması, məhkəmələrin müstəqilliyinin təmin edilməsi, Vəkillər Kollegiyasında islahatların aparılması, media sahəsində məhkəmə təcrübəsi ilə bağlı tövsiyələrin verilməsi günün əsas tələbidir. O hesab edir ki, hakim korpusunun formalaşdırılmasında subyektiv və korrupsiya hallarını aradan qaldırılmaq üçün qanunverici və təşkilatı işlər görülməlidir. Cənab Əliyevin sözlərinə görə, hazırda Azərbaycan məhkəmələrindən Avropa İnsan Haqları Məhkəməsinə 2 minədək şikayət daxil olub. Hüquqşünaslar Assosiasiyasının sədri Ənnaği Hacıbəyli hesab edir ki, məhkəmələrdə ədalətin bərpası üçün ilk öncə Məhkəmə Hüquq Şurasını icra orqanının asılılığından çıxarmaq lazımdır. Amerika Hüquqşünaslar Assosiasiyasının eksperti Rövşanə Rəhimova hakimlərin ixtisaslaşmasını vacib sayır. Onun fikrincə, hakimliyə seçilmək üçün test imtahanı heç də hər şeyi həll etmir. Xanım Rəhimova məhkəmə qərarlarının icrası məsələsində də problemlərin olduğunu vurğulayıb. “Media Hüquqları” institutunun direktoru Rəşid Hacılı söz azadlığı ilə bağlı məhkəmələrdəki qanun pozuntusu ilə bağlı Avropa İnsan Haqları məhkəməsinə çoxsaylı şikayət göndərildiyini deyib. Onun sözlərinə görə, bu işlərə baxmış hakimlər cəzalandırılmalıdır. Öz növbəsində, Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə “Amerikanın səsi” radiosuna hakimlərin seçkisinin tam şəffaf və obyektiv keçirildiyini bildirib. O həmçinin Avropa İnsan Haqları məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən yerinə yetirildiyini deyib.
XS
SM
MD
LG