Accessibility links

Əli Həsənov: «Azərbaycanda parlament seçkilərinin nəticələrinin ləğvindən söhbət gedə bilməz»


"Parlament seçkilərinin nəticələrinin ləğvindən söhbət gedə bilməz. Azərbaycan xalqı seçkilərin nəticələrini qəbul edir və xalqın iradəsinə cavab verir". Bu barədə prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifətin dünənki mitinqində seçkilərin nəticələrinin ləğvi və yeni seçkilərin təyin edilməsi ilə bağlı tələbləri barədə Amerikanıi səsi radiosunun sualının cavabında bildirib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyasının hazırda araşdırma apardığı iyirmiyədək seçki dairəsində bəzi dəyişikliklər və hüquqpozmalara qarşı tədbirlər nəzərdə tutulur. "Bu seçki dairələrində tədbirlər hüquqpozmaların dərəcəsindən və xarakterindən asılı olaraq görüləcək. Müxalifətin əlində seçki pozuntuları ilə bağlı faktlar varsa MSK-ya, prokurorluq orqanlarına və məhkəmələrə müraciət etməlidir". Ə.Həsənov müxalifətin dialoq təklifini müsbət qarşılayıb. "Hakimiyyət dialoqa həmişə hazır olduğuqnu bəyan edib. Dialoqda istənilən məslənin müzakirəsi mümkündür"-deyə o qeyd edib.
XS
SM
MD
LG