Accessibility links

Hüquq müdafiəçiləri həbsdə olan jurnalistlərlə görüşüb    


Bu gün bir qrup hüquq müdafiəçisi 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit və «Note-bene» qəzetinin müxbiri Fərəməz Novruzoğlu ilə görüşüb. Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva «Amerikanın səsi» radiosuna bildirib ki, jurnalistlərin hamısı vicdan məhbusudur və azadlığa buraxılmalıdır. Xanım Abdullayeva cəzaçəkmə müəssisəsindəki vəziyyəti yaxşı qiymətləndirsə də «Noto-bene» qəzetinin müxbiri Fərəməz Novruzoğlununu sağlamlıq durumunuun ağır olduğunu deyib. Satirik yazar Mirzə Sakitə gəlincə, hüquq müdafiəçisinin dediyinə görə, onun ailə üzvləri əfv üçün müracəit edib. O qurban bayramı ərəfəsində həbsdə olan bütün jurnaistlərin əfv olunacağına inanır. Xanım Abdullayeva həbsxanada jurnalistlərə digər məhbusların hörmətlə yanaşdığını deyib. Onun sözlərinə görə, satirik yazar həbsxanada da boş dayanmayıb, çoxsaylı satirik şerlər qələmə alıb. Mirzə Sakitin şerlərinldə satiranın duzu o qədər çox olub ki, məhbuslardan birinin şeri ucadan oxuması onun cəzalandırılmasına da yol açıb. Hüquq müdafiəçisi Çingiz Qənizadə isə həbsxanada məhbuslarla fərdi söhbətlər aparıldığını deyib. Məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdalırının rəftarından şikayət də edib. Cənab Qənizadə də həbsdə olan jurnalistlərin əksəriyyətinin əfv olunacağına inanır. Onun sözlərinə görə, jurnalistlərin əfv olunması məsələsi dünən hüquq müdafiəçiləri ilə hökumət rəsmilərinin birgə toplantısında da müzakirə olunub.
XS
SM
MD
LG