Accessibility links

Avropa Şurasının məruzəçisi və Amerika səfiri jurnalistərin həbsini Azərbaycanın beynəlxalq nüfuzuna zidd hesab edir 


Azərbaycanda söz və mətbuat, toplaşmaq azadlığı, jurnalistlərin həbsi məsələləri beynəlxalq təşkilatların daha çox tənqidləri ilə qarşılaşır. Jurnalistləçrin həbsi isə hamını düşündürür. Hazırda 10 jurnalist həbsdədir. Həbslər həm də beynəlxalq təşkilatların jurnalistlərin həbsdən azad edilməsi çağrışları fonunda artır. Belə ki, Naxçıvanda daha üç jurnalistə hər an həbs oluna biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Amerikanın səsi» radiosunun sualının cavabında bildirib ki, jurnalistlərin həbsi Azərbaycanın beynəlxalq nüfuzuna ziddir və vəziyyəti dəyişmək üçün ölkə rəhbərliyi təcili addımlar atmaq üzərində düşünməlidir». «Beynəlxalq təşkilatlara üzv öləkələrdə insan hüquqlarına yüksək hörmət olmalıdır, jurnaistlərin həbsi isə yolverilməzdir. Bu baxımdan Azərbaycanda jurnalistlərin həbsi ən narahatedici məsələdir. «Azadlıq» radiosunun müxbirinin həbsindən sonra isə Azərbaycanda jurnalistlərə qarşı təqib və təzyiqlər ən kritik həddə çatıb» Onun sözlərinə görə, Azərbaycan yaxın zamanda bu sahədə ciddi tədbirlər görməzsə Avropa Şurası lazımi qərarlar qəbul edəcək. «Avropa Şurası baş verənlərdən narahatdır və xəbərdarlıq edir ki, yanvar ayına qədər bu sahədə müvafiq tədbirlər görülməzsə, o zaman AŞ özü Azərbaycan haqqında lazımi qərarlar çıxarmalı olacaq. Çox ciddi demək istəyirəm ki, əgər Azərbaycan jurnalistlərlə və siyasi məhbuslarla bağlı problemi həll etməsə və vəziyyət belə davam edərsə, onda təəssüf ki, Azərbaycan üçün Avropa Şurasında çox böyük təşkilati problemlər yaranacaq. Əgər yeni ilə qədər lazımi addımlar atılmasa, Avropa Şurası özü addımlar atacaq». Cənab Herkel xatırladıb ki, Azərbaycan Avropa Şurası qarşısında media azadlığı ilə bağlı öhdəlik götürüb və öz öhdəliyni kobud şəkildə pozur. «Jurnalistlərin həbsi təkcə onların yaxınlarına deyil, həm də mediaya mənfi təsir edir və ölkədəki seçkiöncəsi vəziyyət üçün arzuolunmaz mühit yaradır». Cənab Herkel Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycanda baş verənlərin ciddi izlənəcəyini də diqqətə çatdırıb. Həmməruzəçi insan haqları sahəsində müsbət dəyişiklik baş verməyəcəyi təqdirdə AŞPA-da Azərbaycandakı siyasi məhbuslar üzrə ayrıca xüsusi məruzəçinin təyin edəcəyini də istisna etməyib. Seçki qanunvericiliyində dəyişikliklər edilməsinin vacibliyini qeyd edən həmməruzəçi, məsələnin hazırda Venetsiya Komissiyasının müzakirəsində olduğunu deyib. «Probolem Azərbaycanın pis «Seçki Məcələlsi»nin olmasında deyil, problem Azərbaycanın pis seçki praktikasının olmasındadır. Mənim fikrinmcə, seçki komissiyaları paritet əsasda formalaşdırılmalı, şikayətlərə ədalətli baxış mexanizmi yaradılmalı, əlverişli seçki mühiti olmalıdır». ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi də bu gün «Amerikanın səsi» radiosunun sualının cavabında jurnalistlərin həbsini yolverilməz adlandırıb. “Mən jurnalistlərin həbsi ilə bağlı ABŞ Dövlət Departamenti, beynəlxalq təşkilatlar, insan hüquqlarının qorunması ilə məşğul olan yerli təşkilatların bəyanatları ilə razıyam. «Azadılq» radiosunun müxbirinin həbsi bizi çox məyus edir. Bu həbslər Azərbaycanda media azadlığı sahəsində vəziyyətin pisləşməsinin əyani təzahürüdür. Azərbaycan rəsmilərini bu həbs və digər həbslərlə bağlı ciddi istintaq aparılmasına çağırmışıq. Azərbaycanı media azadlığı ilə bağlı öhdəliklərinə hörmət etməyə çağırmışıq. Onu da bildirmişik ki, Avropa Şurasının üzvü və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edən Azərbaycanda jurnalist böhtana görə həbs edilə bilməz». Səfir Naxçıvanda son günlər baş verənlərdən də danışıb. «Bizim əməkdaşlarımız Naxçıvana səfər edib vəziyyəti öyrəncək. Orada həm də məhkəmə jurnalistin həbsi zamanı müvafiq prosedurları pozub. Azərbaycanlı həmkarlarımızı bu məsələ ilə bağlı çox ciddi istintaq aparmağa çağırırıq. Məhkəmə proseduru pozulduğu halda bu məsələlər çox ciddi şəkildə nəzərdən keçirilməlidir». Xanım Dörsi Azərbaycan hökumətini ölkədə medianın vəziyyəti ilə bağlı məsələyə yenidən baxmağa çağırıb. «ABŞ Azərbaycanın çox güclü dostu və tərəfdaşıdır. ABŞ Azərbaycanın həqiqi demokratik və azad dövləit kimi inkişafını özü üçün çox vacib hesab edir. Lakin azad və demokratik təsisiatlar olmadan Azərbaycan bu uğura imza ata bilməz. Məhz buna görə də ABŞ damvamlı olaraq Azərbaycanın hökumət qurumlarını, media nümayəndələrini, vətəndaş cəmiyyətlərini bu sahədə səyləriini artırmağa çağırır».
XS
SM
MD
LG