Accessibility links

Azərbaycan təhlükəsizlik orqanları İrandan gətirilən 56 kiloqram narkotik maddə aşkar edib 


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan üç qrupu ifşa edərək, zərərsizləşdirib. Onlardan 56 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Bu barədə MTN-in ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycan və İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətirib.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılan avtomaşına keçirilən baxış zamanı maşında gizlədilmiş 40 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. Nazirlik tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan daha bir qrup Azərbaycan vətəndaşları saxlanıb, onlardan 4 kiloqrama yaxın heroin aşkar olunaraq götürülüb. MTN-nin digər əməliyyatı nəticəsində isə 12 kiloqramdan artıq narkotik vasitələr - heroin, həşiş və tiryək aşkar olunaraq götürülüb.
Hər üç halda narkotik vasitələr İrandan Azərbaycana gətirildiyi müəyyən edilib. Faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma maddələri ilə cinayət işləri başlanılıb.

XS
SM
MD
LG