Accessibility links

İqtisadi inkişaf nazirini Azərbaycan-ABŞ ticarət dövriyəsi qane etmir


Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev mövcud iqtisadi durum və perspektivlərlə bağlı mətbuat konfransı keçirib. O Azərbaycanın son illər iqtisadi inkişaf tempinə görə dünyada lider dövlət olduğunu bildirib. Nazir dövlət büdcəsinin gəlirlərinin və ümumdaxili məhsulun həcminin dəfələrlə artıdığını deyib. Nazir həmçinin son dörd ildə Azərbaycanda 610 min yeni iş yeri açıldığını və yoxsulluğun səviyyəsinin 49 faizdən 20 faizə endiyini bildirib. 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyətına 42,5 milyard dollar investisiya qoyulub. Onlardan 70%-i xarici investisiyaların payına düşür. Cənab Babayevin fikrincə, sahibkarlığın inkişafı üçün də normal şərait yaradılıb, çoxmilyonlu güzəştli kreditlər verilib. Nazir sürətli inkişafın müqabilində infilyasiyaya qarşı mübarizə aparıldığını da diqqətə çatdırıb. Bu il infilyasiyanın səviyyəsi 16 faiz təşkil edib və 2008-ci ildə bu rəqəmin 12-13 faiz təşkil edəcəyi proqnozlaşdırılır. «Hazırda Azərbaycanın 140 ölkə ilə ticarət əlaəqəsi var. 2006-cı ildə xarici ticarət dövriyyəsi 18 milyard, bu ilin 8 ayında bu rəqəm 7,4 milyard dollar olub və ilin sonunadək ticarət dövriyyəsinin 25,4 milyard dollara çatacağı gözlənilir. Bununla yanaşı, cənab Babayev Azərbaycan-ABŞ ticarət əlaqələrinin səviyyəsindən o qədər də razı deyil.
XS
SM
MD
LG