Accessibility links

Ekspertin fikrincə, İran rejimi əhali arasına nüfuzunu itirib 



Qafqaz Araşdırmalar Mərkəzinin təsisçisi, şərhçi Xaləddin İbrahimli hesab edir ki, İrandakı son seçkilər Ali Dini Şuranın xarici və daxili siyasətin idarə edilməsində, seçkilərin şəffaf keçirilməsində səmimi olmadığını sübut edib. “Ali Dini Şura xarici tərəfdaşlar arasında və əhali qarşısında inamını itirib”.

Ekspertin fikrincə, ölkədə siyasi böhran iqtisadi böhranın daha da dərinləşməsinə təkan verəcək. “Bu isə yeni seçkilərdə daha dərin böhrana yol açacaq. Elektorat mövcud hakimiyyətin rəhbərliyi altında yaşamaq və işləmək istəmir. Yeni böhran dərin siyasi qarşıdurmaya da yol aça bilər”.

Cənab İbrahimli hesab edir ki, ölkədə referendum keçirilməsinə çağırışlar əslində mövcud dini rejimin aradan qaldırılmasına çağırış kimi başa düşülməlidir. “Çünki İran cəmiyyəti teokratik rejimdə deyil, demokratik rejimdə yaşamaq uğrunda mübarizə aparır”.

XS
SM
MD
LG