Accessibility links

İrandan gətirilən 48 kiloqram narkotik götürülüb


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Irandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması üzrə daha bir faktın qarşısı alıb , 48 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, dörd Azərbaycan vətəndaşı, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətirib .


XS
SM
MD
LG