Accessibility links

Azərbaycan prezidenti yeni il münasibətilə xalqa müraciət edib 


Prezident İlham Əliyev yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısınını yeni il təbriki həm də hesabat xarakteri daşıyıb. Prezident 2006-cı ili uğurlu adlandırıb. Onun fikrincə, ölkə möhkəmlənib, dünyada mövqelərini gücləndirib və çox gözəl ictimai-siyasi ab-hava yaranıb. Dövlət başçısı hesab edir ki, iqtisadi baxımdan 2006-cı ildə Azərbaycan çox uğurlu inkişaf sürətini saxlaya bilib. Cənab Əliyev son üç ildə 500 min yeni iş yeri açıldığını və yaxın iki ildə daha 100 min yeni iş yeri açılacağını bəyan edib. Prezident yoxsulluğun səviyyəsinin də kəskin aşağı düşdüyünü bildirib. Dövlət başçısının fikrincə, 2006-cı ildə Bakı-Tbilsi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılması Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edib. Prezidentin dediyinə görə, Azərbaycanın beynəlxalq təşkilatlarda və xarici siyasət çərçivəsində bütün səyləri Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilib. O Azərbaycanın mövqeyinin dəyişməz qaldığını bir daha bəyan edib. Dövlət başçısı danışıqların davam etdiyini deyib. «Ümid edirəm ki, qarşı tərəf konstruktivlik nümayiş etdirəcək və beləliklə, Azərbaycan torpaqları işğalçılardan azad olunacaq». Prezident həmçinin Qurban bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə də təbirklərini çatdırıb. O azərbaycanlıların həmrəyliyini çox mühüm sayır.
XS
SM
MD
LG